İstər digər insanlar, istər reklamlar, fərqi yoxdur, hamı yaxşı bir işin,
dözümlü bir maşının, gözəl sevgilinin, içində uşaqlar üçün havayla dolan ayrıca hovuzu olan isti hamamın yaxşı həyatın açan olduğuna
inanmağınızı istəyirlər. Bütün dünya dayanmadan eyni şeyi təkrarlayır:
daha yaxşı həyat üçün daha çox, çox, çox - çox al, çox şeyə sahib ol, çox istehsal et, çox seviş, hər şeyin ən çoxunu et. Hər şeyi özünüzə problem edəsiz deyə, daim hər tərəfdən mesajlar gəlir. Yeni televizor haqqında düşün. Tətilini iş yoldaşlanndati daha yaxşı keçirmək üçün çalış. Bağçaya yeni aksessuarlar al. Ən yaxşı selfi çubuğu səndə olsun.
Vecinə Almamağın İncə Sənəti Niyə? Məncə, düşünürsünüz ki, daha çox fikir etsəz işiniz yaxşı
gedəcək.
Vecinə Almamağın İncə Sənəti Bukovskiyə 50 yaşında ilk dəfə yazıçı olmaq şansı verilir. Bukovski poçtda gündəlik qəpik-quruşa işləyirdi və ona bu təklif gələndə redaksiyanın rəhbərinə belə bir cavab verir: "İki şansım var, ya poçtda işləyib, gündəlik pul qazansam da, dəli olacam. Ya da yazıçı olub acından öləcəm. Mən yazıcı olmağı seçirəm!"