Lamiyə Heydərova

Lamiyə Heydərova
@Lamia_98
_Siz mənimlə belə danışmayın, mən sizin üçün tatar uşağı deyiləm. _Mən də sizin üçün amalsız bir xəfiyyə deyiləm. _Siz məni təhqir edirsiniz. _Siz isə böyük bir milləti ləkələyirsiniz.
Reklam
Mən nahaq kədərlənirəm. Övladsızlıqdan şikayətlənməyə haqqım yoxdur. Bəs tələbələrim? Məgər onlar mənim övladlarım deyilmi? Məgər mən öləndən sonra onların timsalında yaşamayacammı? Məgər müəllim tələbələrini öz balasından azmı sevir? Əgər belə olmasaydı, Pestalotsi xəstə tələbələrini buraxıb öz oğlunun dəfninə getməzdimi? Ancaq o getmədi. Fikirləşdi ki, oğlum onsuz da ölüb, onu mənsiz də dəfn edəcəklər. Xəstə uşaqları başsız qoysa daha ağır itkilər baş verə bilər. Gərək biz də o cür pedaqoqların yolu ilə gedək.
Görürsənmi, məsələ özümüzə gələndə, sənə toxunan bir şey olanda dözmürsən, bu ayrı şeydir deyirsən, amma başqasının tüstüsünü təpəsindən çıxardırsan, vecinə də gəlmir Başqasının ürəyinə çalın-çarpaz dağ çəkə bilirsən, özünə isə bir balaca toxunananda göynəyirsən. Bu insafdırmı?
Lakin, o başa düşürdü ki, Güləsər bir daha ayaqyalın, başıaçıq, taxılların arasında dolaşan qız olmayacaq,bir daha atasının qazma daxmasını silib-süpürməyəcək, bir daha geri, atası evinə geri qayıtmayacaq. O, əziz bir adamını əbədi itirdiyini indicə anladı.
Onlar ağır fəlakətə düşmüş və dar gündə rastlaşıb bir-birinə həyan olan doğma adamlar kimi qucaqlaşıb hönkürüşdülər.
Reklam