İsti bir bahar sabahı yatdığı Bolqar xəstəxanasında gözünü açan kimi bir-iki dostunu yanına çağırdı. Saatını bir əqrəbasına, evdəki kiçik şeyləri xanımına, yastığının altında saxladığı 5-10 qəpiyi də canazə xərcləri üçün vəsiyyət edərək gözlərini yumdu. Budur, əlli illik Azərbaycan istiqlal mücahidinin son günü. Azərbaycan onunla necə iftixar etməsin.