Lamiyə Heydərova

Lamiyə Heydərova
@Lamia_98
10/10
·512 syf.··
2025 2. kitabı
Rus kazakları ilə mübarizənin aparıldığı, keçmiş bəylik dövrü, ailə münasibətləri və bir çox digər məqamların təsvir olunduğu təsirli bir roman. Və əsərin qəhrəmanı-ədəbiyyatımızın ən ziddiyyətli obrazı Cahandar ağa! Cahandar ağa paradoksal bir obrazdır. Həmişə əxlaqdan, namusdan danışan Cahandar ağa başqasının arvadını qaçırır, öz etdiyi hərəkəti oğlu edəndə onunla düşmən olur, bir tərəfdən təhsili, maarifi dəstəklədiyi halda insanlara qarşı sinfi ayrı-seçkilik etməklə öz ağa mövqeyini büruzə verir. Ancaq məsələ burasındadır ki, bütün bunların fonunda Cahandar ağaya yaxşı və ya pis deyə bilmirik. İ. Şıxlı bu obrazı elə dolğun, elə canlı yaradıb ki, ona qəti şəkildə "yaxşıdır" və ya "pisdir" deyə bilmirik. Əsəri oxuduqca obrazın daxili aləmini, keçirdiyi hissləri elə dərindən hiss edirik ki... Məsələn, Cahandar ağa özlüyündə etdiyi səhvi, bu səhvin nələrə səbəb olduğunu anlayır, peşmanlıq keçirir. Müəllif onun bacısını öldürdüyü səhnəni elə canlı təsvir edib ki, sanki həmin anda Cahandar ağanın üzündəki kədəri, qəhər hissini görə bilirik. Cahandar ağa real insanıdır, yaxşısı ilə, pisi ilə real insan. Bəlkə də bütün insanlar kimi... Əsərin ən təsirli səhnələrindən biri də Cahandar ağanın ölüm səhnəsidir. Düşmənə təslim olmasın deyə özünü Kürün sularında boğan məğrur qəhrəman... Cahandar ağa kimi əzəmətli obraza da ancaq bu cür ölüm yaraşardı.
Dəli Kürİsmayıl Şıxlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20141,110 okunma
Reklam
Təkrar-təkrar dönüb oxuduğum kitab...
Puan vermedi
Zaman, məkan sərhədləri olmayan, bir tərəfdən tarixi hadisələrə toxunan, digər tərəfdən insan psixologiyasını əks etdirən magik ruhlu roman...Əsərdə ölüm, insan həyatının son dönəmləri xüsusi təsvir edilir. Əsərin demək olar ki, bütün qəhrəmanları ölüm və ya ölümə gedən yolu yaşayırlar. Romanda Kirlikir, Canavar, insan vicdanını simvolizə edən Baba Kaha kimi simvolik obrazlar da vardır. Günahkarlıq hissi, vicdan əzabı, peşmanlıq duyğuları kitabda çox təsirli əks olunur. "Yuxunuz şirin olsun, dirilər"
Qətl GünüYusif Səmədoğlu · Qanun Nəşriyyatı · 2014161 okunma
10/10
·368 syf.··
2025 104. kitabı
·
10 günde okudu
·
Okunma: 09 Ağustos 2025 12:04
Elçinin "Ölüm hökmü" tomanı ötən əsrin tarixi hadisələrinə işıq salan tarixi hadisələri bədiiləşdirərərək təqdim edən bir romandır.Əsər Sovet hakimiyyətinin 80-ci illər dövründə baş verir.Ancaq səhifələr irəlilədikcə zaman məfhumu dəyişir,daha əvvəlki zamanlar-30-cu illər qanlı repressiya illəri, dövrünağrı-acıları,günahsız insanların ən kiçik şeylərə görə belə güllələnnməsi,sürgün edilməsi, işgəncələrə məruz qalması müəllif tərəfindən hərtərəfli təsvir olunur.Əsər maraqlı obrazlar qalereyası ilə zəngindir.Özünü qüsursuz,adicə məmur maaşıyla yaşayan Sovet vəzifəli şəxsi kimi göstərib əslində isə rüşvətxor, idarəsində olan qəbiristanlığı öz şəxsi mülkü kimi istifadə edən Əbdül Qafarzadələr, həyatın hər üzünü görən, bütün çətinliklərdən keçən insanların timsalı olan məzlum Xosrov müəllimlər, daxilindəki üsyanları üzə çıxarmağa cəsarəti olmayıb dövrün tələblərinə boyun əyməyə məcbur olan Murad İldırımlılar, yalnız öz mənfəətini düşünüb ətrafındakı insanları belə ifşa edən Xıdır müəllimlər, Əflatun müəllimlər və digər bu kimi obrazlar.Müəllif bütün bu obrazların daxili dünyasına enir, onların hiss və duyğularını oxucuya təqdim edir.Elə buna görədir ki, digər sovet dövrü əsərlərindəki kimi bütün insani hisslərdən məhrum olan mənfi qəhrəmanların əksinə olaraq biz burada ağrı-acıları olan,sevən,darıxan, üzülən mənfi obrazlar görə bilirik.Bu da müəllifin hadisələrə daha real, obyektiv yanaşmasının göstəricisidir.Yazıçı zamanlar arasında əlaqəni ustalıqla təsvir edir.Əsərdə müxtəlif dövrlərdəki hadisələr, insanlar bir-biriləri ilə əlaqəlidirlər.Dünənin Xıdır müəllimi bu günün Əbdül Qafarzadəsi kimi təsir bağışlayır.Bir də tarixi hadisələrdən əlavə əsərdə taun epidemiyasının yayılması da var ki,bu da təsadüfi xarakter daşımır.Taundan insanlar ölür,ölən insanlar yandırılır,
Ölüm HökmüElçin · Yazıçı Nəşriyyatı · 1989220 okunma