Mən kədərimi sevmiş bir insanım, sən məni kədərləndirsən nə olacaq ki?"
Falçılar deyir, burax keçmişi,
Gələcəyinə bax, unud olub-keçmişi.
Necə buraxım, falçı bacı, söylə,
Orada uyuyan şirin anılarım var.
Orada itirdiyim xəyallarım,
Həsrəti ilə yanan ocağım,
Sevincimdən süzülən göz yaşım.
Bəlkə də gələcək daha aydın, daha parlaq,
Amma o şirin xatirələr yoxdusa əgər,
Nəyə gərək o parlaq gələcək, söylə, nəyə gərək?
Keçmişim mənim yarpaqları saralmış,
Quru budaqları sönmüş ağacımdır.
Amma hər yarpağın altında bir hekayə,
Hər budağın altında bir həyat var.
Sən deyirsən, burax gəlmişi, getmişi,
Mən deyirəm, mənim bütün "mən"im odur.
Hər acı bir dərs, hər sevinc bir lütf,
Hər xatirə bir həyat dərsi.
Kədərimi sevmişəm, sevinclərimi qucaqlamışam,
Mən bu keçmişi nə əvəzə sata bilərəm,
Nə də ki unuda bilərəm.
Falçı bacı, sən gələcəyimi oxu,
Amma keçmişimi də əzizlə, çünki mən,
Mən elə odur.
Nasıldı şiirimin yorumlarınızı beklerim