Səma

Səma
@Leciel
İnsta/semaandbooks
Filoloq
Bakı Dövlət Universiteti/Filologiya
Azərbaycan
24 January 2002
9 reader point
Joined on January 2024
Sabitlenmiş gönderi
*Məhəbbət demək olar ki,əksər kişi və qadın üçün bütün həyat boyu əzab verən tənhalıqdan qurtulmağın əsas yoludur *İnsanlar əldə etmədikləri çətin olan və ya mümkün olmayan şeylərin istəyində və həsrətində daha çox olarlar.Hər hansı bir şeyə nə qədər möhtac olduqlarını da yalnız onu əldən verdikdən sonra anlayarlar. *Cəmiyyətdə xaraktersiz insanlardan daha qorxulu heç kim yoxdur. *İnsanı yaxşı tanımaq üçün onunla həyatın ən çətin anlarında birgə olmalısan.Çünki insanların həqiqi simalarının pərdə arxasından görsənməsinə səbəb olar.
Reklam
Çünki bəzən insan tənhalıqdan,sevdiyi insanın xatirələrindən yaxa qurtarmaq üçün başqası ilə birlikdə olur.Onun səsində sevdiyi insanın səsini duyur,gözlərində onun gözlərini görür. ︎Bəzən səssizlik belə bəzi şeyləri sübut edir. ︎İnsanlara baxıb onlara həsəd aparırdım.Sevdiyin insan olmayanda həyat insana çox darıxdırıcı gəlir,günlər keçmək bilmir.
348 syf.
7/10 puan verdi
Qorxudan Daha Güçlü Hiss
Qorxudan Daha Güçlü HissMarc Levy
8/10 · 251 reads

Reader Follow Recommendations

See All
♡Elə insanlar var ki,hadisələri olduğu kimi qəbul edir və öz-özünə soruşur:"Axı niyə?" Ancaq bəziləri də var ki,hadisələrin görünməyən tərəfini görür və deyir:"Niyə də olmasın?" ♡Mən hər zaman buna inanıram,bir şeyi çox istəyəndə,o haqda çox düşünsən xəyalın gerçəkləşər. ♡Uşaqlıqdakı bəzi yaralar sağalmır.Sadəcə,müvəqqəti olaraq unudulur.Zaman böyüyənə qədər bizə möhlət verir,ondan sonra isə bu yaralar müəyyən məqamlarda özünü yenidən xatırladır. ♡İnsanın hər zaman bir idealı olur.Həmişə o idealını arzulayır,onu çağırır,onu izləyir və bir gün onu əldə edəndə,sanki onu yaşamaqdan qorxur. ♡-Sevgi insanı niyə bu qədər incidir? -Çünki sevgi risk deməkdir.Qəlbini kiməsə açmaq çox təhlükəli bir şeydir.Zaman keçdikcə kədər hissi səni bürüyür,onu itirmək qorxusu getdikcə bir saniyə belə olsun səni rahat buraxmır. ♡Həyata qarşı çıxmaqdansa,onu sevmək və layiqincə yaşamaq lazımdır.
Reklam
Xoşbəxtlik ayaqların altında ikən bunu dərk etmək,əyilib onu yaxalamaq üçün cəsarət və qətiyyət göstərmək...və bir daha buraxmamaq.Bunu ancaq ürəyin ağlı ilə etmək olar.Ürəyin ağıldan məhrum bir ağıl məntiqdir və onun o qədər də əhəmiyyəti yoxdur. Bəzən istəklərimizin,arzularımızın və ya da çılğınlıqlarımızın qarşısında aciz qalırıq.Bu isə həmişə adamı dözülməz çətinliklərlə baş-başa qoyur.Bu hiss adamı bütün həyatı boyu izləyir;bəzən unudulur,bəzən də qarabasmaya çevrilir.Yaşamın qızıl qaydalarından biri də odur ki,gərək öz gücsüzlüyünün öhdəsindən gələsən.Bu isə çox çətindir,çünki gücsüzlük qorxu doğurur.O bizim hərəkətlərimizi,şüurumuzu və hisslərimizi məhv edərək zəifliyə yol açır.Ona qarşı mübarizə apar,ancaq heç vaxt uzun-uzadı tərəddüd etmə.Düşün,qərar ver və hərəkətə keç!Şübhələrə yer vermə.Öz seçiminin məsuliyyətini daşıya bilməmək insan həyatını zəhərləyir. Ən gözəl xatirələr birlikdə həyata keçirilən arzulardan doğur.Təklik qəlbin qurduğu bir bağdır.Orada çiçəklərin ətri olmur.Məhəbbətin gözəl dadı var,hər zaman bir şeyi xatırla,nəsə almaq üçün nəsə vermək lazımdır.Bil ki,sevə bilmək üçün hər zaman özün olmalısan. Bizin hər birimizin öz dünyamız var.İki varlığın yanaşı yaşaya bilməsi üçün sadəcə bir-birini sevməsi kifayət deyil,onlar bir-birinə uyğun olmalıdırlar.
1.Əgər siz hesab edirsinizsə ki,sizi incidiblər,ağrıdıblar,avtomatik olaraq,qurbana çevrilirsiniz. 2.Həyatdan incimək lazım deyil.Həm də ona görə ki,o həyatımızdır və onu özümüz qururuq.Bu yoldakı maneələr isə zəif tərəflərimizi göstərir,onların üzə çıxması və dəyişməsinə kömək edir. 3.Həyatımızda baş verən bütün hadisələrin arxasında pozitiv niyyətlər gizlənir. 4.Ətraf aləm özümüzü əks etdirir.Əgər siz özünüzə hörmət qoymursunuzsa və özünüzü sevmirsinizsə,ətrafdakılara da belə mübasibət bəsləyirsiniz və o zaman sizi incidə biləcək adamı özünüzə cəlb edirsiniz. 5.Sadəcə olaraq enerji var.Bu enerjinin yaradıcı və ya dağıdıcı olması bizim özümüzdən asılıdır. 6 Əgər insan enerjini stress vəziyyətlərdə müsbət şəkildə istifadə etməyi öyrənərsə,o zaman artıq gərginlik onun həyatından yox olub gedər.
256 syf.
·
Not rated
Düzünü desəm kitabı oxumamışdan əvvəl düşündüm ki,kitab boş və şişirdilmiş cümlələrdən ibarət məsləhət yığınından ibarətdir.Amma elə ilk səhifələrdən yanıldım və bu məni çox sevindirdi.Oxuduqca beynimin sakitləşdiyini hiss edirdim.İndiyə qədər nə qədər anlamsız səbəblərdən ötrü hər kiçik hadisəyə belə stress keçirdiyim üçün özümü danlamağa başladım.Kitabı oxuduqca öyrəndim ki,qarşımıza çıxan xoş olmayan hadisələr və insanlar əslində bizə dərs verir,nələrisə öyrədir və bütün bunların arxasında xeyirli nələrsə var.Heç nə təsadüfən baş vermir.
Stressə qarşı peyvənd
Stressə qarşı peyvəndValeriy Sinelnikov · Qanun Nəşriyyatı · 201566 okunma
376 syf.
10/10 puan verdi
·
Read in 10 days
Kaş ki,daha öncədən bu kitabı oxumuş olsaydım... Roman Rövşən Abdullaoğlunun oxuduğum ilk əsəridir.Əsəri oxuduqca sözlərlə ifadə edə bilməyəcəyim həm ağrılı,həm xoş hisslər keçirdim.22illik həyatımda yaşadıqlarımdan bir parça tapdım bu kitabda.Özümə qarşı etdiyim haqsızlıqlar məni çox düşündürdü.Bir vaxtlar həyata,dünyaya,insanlara qarşı başqa cür düşünən mən,bu kitabı oxuyub bitirməklə sanki fərqli biri oldum.Həyata Visam kimilərin gözü ilə baxmağı öyrəndim.Anladım ki,bu həyatda yaşadığımız heç nə,tanışdığımız heç kim təsadüf deyil.Bunlar olmalı imiş deyə olub. Həqiqətən əlimdə şans olsaydı qapı qapı gəzib hər kəsin bu kitabı oxumağını istəyərdim.Bəlkə də bu əsər həyatdan tamamilə əlini üzmüş,zərrə ümidi qalmayanlara bir işıq olardı düşüncəsi ilə
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,694 okunma
Bizim hər birimiz içimizi qurdalasaq,ən məhrəm arzu və ümudlərimizin çox zaman başqasının hesabına yarandığını və bəsləndiyini görərik.
41 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.