Gönderi

♡Elə insanlar var ki,hadisələri olduğu kimi qəbul edir və öz-özünə soruşur:"Axı niyə?" Ancaq bəziləri də var ki,hadisələrin görünməyən tərəfini görür və deyir:"Niyə də olmasın?" ♡Mən hər zaman buna inanıram,bir şeyi çox istəyəndə,o haqda çox düşünsən xəyalın gerçəkləşər. ♡Uşaqlıqdakı bəzi yaralar sağalmır.Sadəcə,müvəqqəti olaraq unudulur.Zaman böyüyənə qədər bizə möhlət verir,ondan sonra isə bu yaralar müəyyən məqamlarda özünü yenidən xatırladır. ♡İnsanın hər zaman bir idealı olur.Həmişə o idealını arzulayır,onu çağırır,onu izləyir və bir gün onu əldə edəndə,sanki onu yaşamaqdan qorxur. ♡-Sevgi insanı niyə bu qədər incidir? -Çünki sevgi risk deməkdir.Qəlbini kiməsə açmaq çox təhlükəli bir şeydir.Zaman keçdikcə kədər hissi səni bürüyür,onu itirmək qorxusu getdikcə bir saniyə belə olsun səni rahat buraxmır. ♡Həyata qarşı çıxmaqdansa,onu sevmək və layiqincə yaşamaq lazımdır.
·
30 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.