Bu gün öləcəyimi bilsəydim, sənə o qədər şey deyərdim ki... İndi də deyə bilərəm, əslində, bunları. Bir neçə sətir söz yığını...
Amma mənası varmı bunların? Özümdən tez-tez soruşurdum. Ölməyə yaxın da mənası olmayacaqdı. Yeganə fərq "cəsarət” olardı. Ürək olardı, hər şeyi sənə uzun-uzun danışmaq üçün...