Sən demə,
məsələ nə pulda, nə hakimiyyətdə imiş. Sən demə, məsələ
insanların içində imiş. Bu Azərbaycan xalqının öz daxilində, öz
mənəviyyatında imiş bütün çirk və saxtakarlıq.
Mən necə də uzun illər hakimiyyəti günahlandırırmışam,uzun
illər erməniləri,ya rusları,ya amerikanları günahlandırırmışam
öz içimdə.Amma bircə dəfə də ətrafıma boylanıb
xalqa,millətə baxmamışam. Bu ki,əsl qatil millət,qara
millət,vəhşi və yırtıcı çaqqal sürüsü imiş? Mən necə bunlar
üçün qəfəs yox,ədalət istəyirmişəm? Bunlar ki,cəllada ölüm
qışqıran,cəlladlar imiş.
Nə vaxtsa bu məmləkətdə Füzuli gücündə bir hökmdar olsaydı, yəqin bir qarış torpağımız da əldən çıxmazdı, sərhədlərimiz də indi gedib Çinə, Hindistana çatardı. Amma Tanrı şairlərə verdiyi gücü hökmdarlara vermir və bəlkə elə buna görə də, insanlar göydə uçan quşlara həsəd apardığı kimi hökmdarlar da şairlərə həsəd aparır. ...Göy üzü quşlarla şairlərindi...