Ramiz Rovsen in bu kitabı 2006 ci ilde neşr olunmuşdur.Ozunde 5 kitabı birlesdirir:Goy uzu das saxlamaz,Kepenek qanadları,Bir yagisli negme,Hami oğul boyutmusdu,Ayın o biri uzu.İlk 3u nezmle,4cu kitabı nesrle yazılmıştır.5ci kitabı esselerden ibaretdir.
NəfəsRamiz Rövşən · Qanun Nəşriyyatı · 2006198 okunma
Yaşayan nâdir Türk şâirlerinden birinin, kötü basılmış kitabı.
Üç kitabın toplanmış hâli olan bu kitapta, herhalde okura hâfıza egzersizi yaptırmak için, içindekiler kısmı bulunmuyor. Aradığınız şiiri bulmak için kuvvetli bir hâfızanız ya da sağlam bir sabrınız olması gerekiyor.
Kitap için bir diğer fâhiş hatâ ise Azerbaycan alfabesinde olup Türk alfabesinde olmayan harflerin değiştirilmesi. (Ör. qorxağı-gorhağı). Sebebini anlamadığım bu tercih yer yer sesi ve şiirdeki âhengi bozmuş.
Bilinmeyeceği düşünülen kelimelerin, deyimlerin, tamlamaların aynı sayfada çevrilmesi/açıklanması ise baskının olumlu yönü.
Basımla alâkalı bu sorunların haricinde Ramiz Rövşen, serbest samîmî zırvalarıyla ünlü edebiyatçılarla bir tutulamaz. Hakkıyla şâirdir. Okunmasını tavsiye ederim.
Yavaş yavaş sevdim seni,
Her gün biraz daha sevdim,
En çok bu kış sevdim seni,
Karda ayazda sevdim.
Gör bir ne tez ısınıştık,
Havalar soğuyanda
Adamlar kalın giyinip
Ağaçlar soyunanda.
Kar altında baş kaldıran
Çicekte sevdim seni.
Kenarında ısındığım
Ocakta sevdim seni.
Hele bu tür sevmemiştim,
Ömrüm boyu hiç kimseyi.
Seni sevdim kar üstünde,
Yem bekleyen kuş misali.
Boşaldı dünyanın sən olan yeri…
Dünyanın
sən olan yerindən indi
Tozlana-tozlana maşınlar keçir,
Nazlana-nazlana xanımlar keçir,
Cavanlar keçir
tüpürüb siqaret kötüklərini.
Dünyanın sən olan yerindən ancaq
mən keçə bilmərəm.
Baş alıb qaçaram gecələr ilə,
Uzun yollar ilə, küçələr ilə,
Dünyanın sən olan yerindən elə
baş alıb qaçaram, qaça bilmərəm.
Yenə də, açılar səhər qəfildən,
yenə də, sökülər qızıl dan yeri.
Bütün yer üzünün hər tərəfindən
görünər dünyanın sən olan yeri.
Dünyanın sən olan yerinə bir gün
yağış yağacaq.
Gecə köynəyində, ürkək-utancaq,
çıxarsan eşiyə, gözlərsən məni,
üşüyə-üşüyə gözlərsən məni.
Qoşulub ağlarsan
yağan yağışa,
Ramiz Rövşən şeirlərində Allaha xitab, Allah sevgisi vardır.
Bir neçə misrası vardır ki, sevdiyim, paylaşmaq istədim.
1. Ruhum, dur yığış, gedirik,
Sən yuxarı, mən aşağı.
2. Uçan durnalara şeir yazdılar,
Ölən durnaların lələkləriylə.
3. Bu yerləri, bu göyləri
Yağış yuyur, gün qurudur.
4. Məni saymayanlar axmaqdır, axmaq
Onlar nə bilir ki, axı kiməm mən?
Məni saymayanlar bir vaxt sayacaq,
O vaxt biləcəklər, bir yox, minəm mən!
Saymaqla bitməyən, qəlb oxşayan misraları ilə ədəbiyyatımızın sevilən şairi Ramiz Rövşəndən nəfəs qədər dəyərli "Nəfəs" kitabı.
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
Xəbərimiz yox.
Aradan nə qədər il keçib görən,
Tanıya bilmədim, səni bağışla
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,məni bağışla.
NəfəsRamiz Rövşən · Qanun Nəşriyyatı · 2006198 okunma
Sadəcə "Qara paltarlı qadın"dan ibarət olmayan şeirlərin və bir kənddə yaşayan insanlarının hekayələri, şairin şairlərdən haqqında olan düşüncələrinin olduğu bir kitab.
NəfəsRamiz Rövşən · Qanun Nəşriyyatı · 2006198 okunma
Mən bir gözəm kipriyim yox qaşım yox,
Mən bir tozam ayağım yox başım yox.
Nəfəssizəm tez ol mənə nəfəs ver,
Nəfəsimə bədən adlı qəfəs ver.
Yorulmuşam toz olmaqdan ilahi,
Bədənsiz cansız olmaqdan ilahi.
Nəfəs - kitablar kitabı - Ramiz Rövşənin bir kitaba toplanmış əsərləri külliyyatı. 2006-cı ildə "Qanun" nəşriyyatı tərəfindən çap olunmuşdur. "Nəfəs -kitablar kitabı" əvvəllər ayrı-ayrı nəşr olunmuş beş kitabı özündə ehtiva etmişdir: "Göy üzü daş saxlamaz", "Kəpənək qanadları", "Bir yağışlı nəğmə", "Hamı oğul böyütmüşdü", "Ayın o biri üzü". İlk üç kitab nəzm, dördüncü-nəsr, beşinci esselərdən ibarətdir.
Beləliklə - bir damın altında beş otaq, bir cildin içində beş kitab.
"Nəfəs -kitablar kitabı" 2008-ci ildə qısaldılmış variantda Bengü nəşriyyatı tərəfindən Türkiyədə də nəşr olundu. Kitaba daxil olan əsərlərin bir qismi ingilis, fransız, alman, ispan, polyak, bolqar, rus, ukrayna və s. dillərə tərcümə olunmuşdur.
NəfəsRamiz Rövşən · Qanun Nəşriyyatı · 2006198 okunma
"Nəfəs" - bu beş kitabın cəmi, ədəbiyatımıza yad olmayan "Xəmsə" xüsusiyyətini XII əsrdə Nizami Gəncəvi gətirmişdisə, XXI əsrdə də bir növ Ramiz Rövşənlə də davam etməsi onu göstərir ki, ədəbiyyat bir xalqın kökündən gəlirsə, arada keçən boşluqlar ədəbiyyatın nəfəsini dərdiyi, yorğunluğunu çıxdığı, ona yeni bir Nəfəs gətirəcəyi vaxtlardır... Bir sıra sahələrdə olduğu kimi ədəbiyyatımızda da ölümündən sonra dəyərlənənlər, yüz il sonra qiymət verilənlər, hətta onun dəyərinin bilinməsi üçün yaşadığı dövrdən bir əsr keçməlidi deyənlər o qədərdir ki.. Bu fikri də zamanla əkib-becərəcəklər düşüncəmizdə, amma yox, icazə verməyin. Cabir Novruz demiş, "yaxşılara yaxşı deyin sağlığında...", gecikməyin. Ramiz Rövşən Azərbaycan ədəbiyyatının nə yaxşı ki, bizimlə bir dövrdə yaşayan canlı ədəbi nümunəsi, nadir nümayəndəsidir. Min illərdir ayağı yerə bərkimiş sözlərə qanad verib göylərə qaldıran şair. Şair də deyirəm, amma nasirliyi də şairliyindən geri qalmayan şair. Şeir misralarını bir ucdan tutub, hekayəyə, povestə uzadan şair.
“Kitablar kitabı”ndakı ilk üç kitabı müxtəlif vaxtlarda yazılmış şeirlər kitabıdır. Sözlərin qanad açıb bütün Yer üzünü dolaşdığı misralar. Şeirlər, nəğmələr, poemalar. Xüsusi sevdiklərimdən olan “Süd dişinin ağrısı” poemasının 1987-ci ildə lentə alınmış bədii filmi də var.
Dördüncü kitab - “Hamı oğul böyütmüşdü” ümumi götürsək bir kəndin həyatından bəhs edən hekayələr və "Daş" povesti. Oxuduqca elə bildim babam danışır, mən dinləyirəm; müharibə illəri, arxa cəbhə, aclıq vaxtı, evin, kəndin balaca kişiləri. Bu xatirələri onun dilindən o qədər dinləmişəm ki. Səhnənin arxa tərəfi, arxa cəbhədə baş verən ailə-məişət savaşları. Ölümün harda səni yaxalamasından asılı olaraq mənasını dəyişdiyi, ac əsgərin qoruduğu vətəndə yeyilən artıq bir