Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kitablar kitabı

Nəfəs

Ramiz Rövşən

Nəfəs Sözleri ve Alıntıları

Nəfəs sözleri ve alıntılarını, Nəfəs kitap alıntılarını, Nəfəs en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bu ne işdi, ay ışığı, Niye yolun menden keçdi?
Sayfa 8
Reklam
Men senin yanına uçabilerdim, Uçmıram, belece küsüp gidirem.. Men senin sırrını açabilerdim, Açmıram, belece susub gidirem..
Sayfa 88
“KİM DEYİR YUXUDA ÖLMƏK ASANDIR”
Deyirlər, yuxuda ölmək asandı... Özün də bilmirsən necə ölürsən. Səhər tezdən eşidirsən əzandı, Yuxudaca kirimişcə ölürsən. Bir göz qırpımında qurtulur canın, Ruhun bədənindən uçur quş kimi . Əlində qalmırsan dərdin, dərmanın,
Hara atım bu kədəri? Yox hesabı, yox qədəri, Görünür məndən ötəri Hardasa ölüm darıxır...
Belə...
Hər ömür romandı; uzun, ya qısa,- şirin sevgiləri, acı səhvləri. Sənin yaşadığın bu romanınsa nə çoxdu cırılan səhifələri. Burda uc-ucadı doğruyla yalan, Bəlkə, bu romanı yazan naşıdı? Bu ağ varaqlarda ləkəsi qalan Ya dodaq boyası, ya göz yaşıdı. Çox da varaqlama bu romanı sən, Qəflətən səksənmək təhlükəsi var. Hansı varaqdasa bir də
Reklam
Bu dünyada, bəlkə sənə ən çox ağlayan Ən çox ağlatdığın qadın olacaq...
Bəlkə yaşamaq deyil dünyaya gəlməyimiz Bəlkə doğulan kimi başlayır ölməyimiz ?!
Sayfa 161
Nə yaxşı ki, bu dünyada hər kəsin haqqı çatır haqdan gələn ölümə..
Sayfa 114
Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox... Aradan nə qədər il keçib görən, - Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla...
Sayfa 61
Reklam
Nə çoxdur kefimə soğan doğrayan, Keyfimdən xörəkmi bişirəcəklər?
O gecə gen dünya mənə darıydı, Ürəyim sinəmi sancan arıydı, Yaxşı ki, ulduzlu göylər varıydı, Ulduzlu göylərin altından keçdim.
Sayfa 219
Bu ağac
Bu ağac öləcək.. Üzündən gözündən tökülür ölüm. Bu ağac öləcək, bu gün ya sabah. Bu ağaca qonan o quş öləcək, Üzündən gözündən tökülür ölüm. O quş da öləcək, bu gün ya sabah.
Bəlkə yaşamaq deyil dünyaya gəlməyimiz. Bəlkə doğulan kimi başlayır ölməyimiz.
Sayfa 158 - Qanun NəşriyyatıKitabı okudu
701 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.