Sevgi açarı

Ramiz Rövşən
Tahmini Okuma Süresi:
7 sa. 15 dk.
Sayfa Sayısı:
256
Basım Tarihi:
2019
Yayınevi:
Teas Press
ISBN:
9789952313697
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

6/10
·256 syf.··
Beğendi
·
2021 30. kitabı
·
22 günde okudu
·
Okunma: 14 Ekim 2021 00:54
Ramiz Rövşendən oxuduğum ikinci kitabdır. Ramiz Rövşən dedikdə, sevgi-məhəbbət şeirləri canlanır gözlərimdə. Şairin şeirlərini öz dilindən dinləmək daha zövqlüdür əlbət. Amma kitabı oxumağın da var ayrı bir ləzzəti. Bəzi şeirlər xarici şairlərin şeirlərinə etdiyi tərcümələrdir.(Az qismi) Kitab: "Dünyanın sən olan yeri" "Səni tapşırıram ay işığına" "Yaylığını yel aparır" "Ayrılıq" "Günah" adlı 5 bölmədən və "Xəyanət" adlı kinopovestdən ibarətdir. Müəllif önsöz olaraq qeyd edir ki, "müxtəlif vaxtlarda, xüsusən gənclik illərimdə yazdığım və bu günəcən heç bir kitabımda çap olunmayan bir çox sevgi şeirlərim ilk dəfə işıq üzü görür." "Gənc Ramizin şeirləri" desək, yerinə düşər. Bunu mən demirəm, Ramiz Rövşənin söylədiyi sevdiyim sözlərdəndir. Bir neçə sətir də şerilərindən əlavə edim: Mən elə bilirdim ölərəm sənsiz, Mən sənsiz ölmədim, məni bağışla.. Sən öləndə kim olacaq gözlərini bağlayan? Qardaşmı olacaq? Yadmı olacaq? Bu dünyada bəlkə sənə ən çox ağlayan, Ən çox ağlatdığın qadın olacaq. Məncə, hər kəs "Ramiz Rövşən dəryası"na enməlidir.
Şiir
Sevgi açarıRamiz Rövşən · Teas Press · 2019109 okunma
10/10
·256 syf.··
Beğendi
·
2022 2. kitabı
·
13 günde okudu
·
Okunma: 13 Ocak 2022 22:38
~ Dəyişdim mən səni görəndən bəri, Mənə nə etdinsə, təkcə sən etdin. Sənsiz bu şəhərdə qəribdim, qərib, Mənə bu şəhəri sən vətən etdin ~ Kitabda şairin gənclik illərində yazdığı şeirləri (əsasən sevgi şeirləri) toplanıb. Şeir sevgimi artıran kitablardan oldu. Ən çox məktəbli Ramizin yazdığı şeirləri və kitabın sonundakı "Xəyanət" povestini bəyəndim :)
Sevgi açarıRamiz Rövşən · Teas Press · 2019109 okunma
4/10
·256 syf.··
2021 16. kitabı
·
25 günde okudu
·
Okunma: 28 Haziran 2021 22:35
Ramiz Rövşən - Sevgi açarı Hər birimizin tanıdığı görkəmli şairimiz Ramiz Rövşənin yeni nəşr olunmuş kitablarından birini almağı özümə borc bildim. Çünki mən müasir ədəbiyyatımızı heç oxumuram. Ağlımda digər kitabı olsa da mağazada məhz Sevgi açarı ilə qarşılaşdım. və aldım. Mənim müasir şeirlərlə aram çox da yaxşı deyil. Qulaq aşınalığım olan şeirlər də məhv Ramiz Rövşənin şeirləri idi. Daha çox Nizami, Füzuli, Xətai, Sabir, Şəhriyyar oxumağı sevən və onlarən irsindən doymayam mən bu kitabla çoxlu şeirlər oxudum. Kitabda həmçinin “Xəyanət” adlı bir kinopovest də var. Müəllif bu kitabı cavanlara hədiyyə etdiyini və tanınan bilinən şeirləri ilə yanaşı heç vaxt çap olunmamış, gənclik illərindən indiyə qədər yazmış olduğu şeirlərinin toplandığını qeyd etmişdi. @teaspressaz nəşriyyatından çıxan kitabın cildi çox gözəldir. Əlbəttə ki, hərf səhləri də öz yerindədir. @kitabevim.az -da. 13azne əldə etmişəm. Kitabda altını xətlədiyim, bəyəndiyim misralar oldu. Amma niyəsə “toxunmayan” şeirlər də çox oldu. Bu haqda rəy yazmaq mənə düşməz:) Sadəcə deyim ki, Ramiz Rövşənin öz sesi, səsləndirməsi ilə şeirlərini dinləmək daha gözəldir. Şeir sevənlərə tövsiyə edirəm. Mən isə şeirlərdən uzun müddət ayrı qalacam:)
Sevgi açarıRamiz Rövşən · Teas Press · 2019109 okunma
8/10
"Bu kitab mənim cavanlara hədiyyəmdir. Burda oxuculara tanış olan şeirlərimlə yanaşı, müxtəlif vaxtlarda, xüsusən də gənclik illərimdə yazdığım və bu günəcən heç bir kitabımda çap olunmayan bir çox sevgi şeirlərim ilk dəfə işıq üzü görür. Kitabda dünya poeziyasından dilimizə çevirdiyim bir neçə sevgi şeirini və son illərdə yazdığım "Xəyanət" adlı kinopovesti də oxuyacaqsınız."
Sevgi açarıRamiz Rövşən · Teas Press · 2019109 okunma