Qandallı, təhkimli, öz iradəsi altında olmayan, başqasının ağlına görə, özgəsinin əli altında çəkilən əmək vardır. Əzilənlərin əməyi. Bir də gümrah, fərəhli əmək var. Azad, müstəqil əmək. Canlı, yaradıcı əmək. İnsanı, qartal qanadları kimi yüksəklərə qaldıran əmək.