Biz yay tətili başlayan kimi , heç kimə bildirmədən Qarabağa gedəcəyik. Gecəykən Azərbaycan bayrağını orada bir dağın başına sancacağıq. Əgər ermənilər bizi görüb öldürsələr, biz şəhid olacağıq. Qarabağa getmək üçün bizə qoşulanlar hər gün evdən bufet üçün ona verilən pulu burada toplamalıdır. Hamı bu sirri açmayacağına and içməlidir. Biz and içirik. Qarabağ bizimdir.