Ləman

Ləman
@Leman26
Elə bilirsiz betonlaşan sadəcə şəhərlərdi? Bəs qəlblər nə olacaq? Qəlblər şəhərlərdən daha tez betonlaşır
tələbə
Azərbaycan Şirvan
13 okur puanı
Aralık 2020 tarihinde katıldı
Elə təsadüflər olur ki,görürsən,heç tanış olmadığımız bir adamla,heç bir kəlmə də söz söyləmədən,lap elə ilk baxışda,birdən maraqlanmağa başlayırıq.
Alıntı
Reklam

Ləman

, bir kitap okudu
Puan vermedi·951 syf.·
7 günde okudu
·
Okunma: 09 Temmuz 2021 13:38
·
2021 7. kitabı
Elhan Elatlı
8.9/10 · 886 okunma
Başdaşıları... Qırmızı, qara, ağ mərmərdən olanları da var idi, adi, ucuz daşdan olanları da... Bəziləri hündür idi, bəziləri alçaq... Bəzilərinin üstünü toz basmışdı, yanlarını da ot-alaq... Bəziləri isə par-par parıldayır, ətrafında əkilmiş çiçəklər göz oxşayırdı. Bu qəbirlərin sahibləri adam tutub, ona aylıq məvacib verirdilər ki, hər gün başdaşının tozunu silsin, çiçəkləri sulasın. Başdaşıları da təbəqələrə bölünmüşdü adamlar kimi. Varlısı da var idi, kasıbı da. Gözəli də var idi, çirkini də. Qürurlusu, lovğası, özündən müştəbehi də var idi, yazığı da... Amma bir eynilikləri, bir oxşar cəhətləri də var idi ki, bu da hamısının sakit və səssiz olması idi. Hamısı susmuşdu... Hamısı, elə bil ki, nəsə fikirləşirdi... Həm də bu fikirləşməyin ən fərqli və ən qəribə xüsusiyyəti onda idi ki, bu fikirləşmək əbədi idi və axırı heç vaxt, heç yana çıxmayacaqdı...
Tanrının əks cinslərin ruhlarına bəxş etdiyi həmin qüdrəti məhəbbət adlandırmaq olardı. Deməli, kişi ilə qadın arasında olan məhəbbət onların ruhlarının bir-birinə qovuşmaq istəyidir. Bəli, məhz istəyi! Çünki ruhlar heç vaxt bir-birlərinə qovuşmurlar...

Ləman

, bir kitap okudu
Puan vermedi·146 syf.·
2021 6. kitabı
Linda Lee Ratto
8.6/10 · 103 okunma