Axı valideyn olmaq yalnız övladını dünyaya gətirmək,böyütmək,cibinə xərclik qoyaraq oxutmaq,evləndirib özündən ayırmaq demək deyil,bütün ömrü boyu onun hər işi üçün Tanrının,dövlətin və cəmiyyətin qarşısında məsuliyyət daşımaq deməkdir.
Mənim fikrimcə ,insanı insan edən ,digər canlılardan fərqləndirən yalnız şüuru deyil,həm də qürurudur. Kişinin kişi qüruru olmalıdır,qadının qadın qüruru.
Həm də bir qadın kimi onun da sevib-sevilmək ,xoşbəxt olmaq hüququ vardı. İndi ağılsızlığından bir qələt eləyib deyə ömürlük bədbəxt olası ,ya gedib özünü öldürəsi deyildi ki? İnsan öz səhvləri,günahları ilə insandır.