Hər səhifəsi dəyərli və təsirlidi. Kitabın bəzi hissələrində kədərləndim, bəzi hissələrində gülümsədim, ən əsası birdaha bu xalqın bir fərdi olduğum üçün qürurlandım və fəxr hissi duydum. Ən təsirli hissəsi isə Adil İbrahimli oldu mənim üçün, bir müddət qeyri ixtiyari oxuya bilmədim nitqim tutuldu. Ümumiyyətlə sözlə ifadə edilə bilməyən hisslər yaşadım. Kinolarda eşitdiyimiz, gördüyümüz bu yalnız filmlərdə olar dediklərimiz bu xalq real olaraq yaşayıb. Cəmiyyətdə gördüyümüz mənfi nüaslara görə bəzən insan küsür ölkəsindən amma birdaha mübarizəmizin əbəs olmadığını, o igidlərin şücaəti qarşısında bu xalq və bu ölkənin ən gözəlinə layiq olduğunu anladım. Kitabı ərsəyə gətirdiyi və qəhramanlarımızı bizə tanıdığı üçün Səxavət bəyə təşəkkür edirəm. Əlimdə olsa bu kitabın hər kəsin oxumasını təmin edərdim.
Savaş və DumanSəxavət Məmməd · Çapar Yayınları · 20259 okunma