- Siz qəribə insansınız, Stilman.
- Gülümsəməyi bacarmayan bir insan.
- Siz onu hələ də sevirsiniz?
- Bu nəyi dəyişir ki?
- Əgər sağdırsa, əlbəttə, çox şeyi dəyişir.
- Siz də Şamirlə bir-birinizi sevirdiniz. Ancaq müəyyən mənada siz indi də onunla bərabərsiniz. Ancaq mən tǝkǝm.
Suzi masanın üzərindən əyilərək Andreunu öpdü. Bu öpüşdə sanki bir ürkəklik, bədbinlik və eyni zamanda qorxu hissi var idi.
Demək olar ki, iyirmi ildən bəridir ki, bir-birimizi tanıyırıq. Uzun illərdən sonra onunla növbəti dəfə Nyu Yorkda qarşılaşmışdıq. Ancaq o zaman Valeri artıq gözəl bir qadına çevrilmişdi. Həm də çox gözəl! Ancaq o axşam mən yenə də sanki uşaqlığımda tanıdığım həmin gənc qızı görürdüm. Hisslər heç vaxt köhnəlmir.
Atam həmişə deyirdi ki, çətin bir vəziyyətə düşəndə onu ayrı-ayrı hissələrə böl və hər birinin öhdəsindən ayrılıqda gəl. Beləliklə, qazandığın hər bir kiçik uğur toplanaraq sonda səni məqsədinə çatdıracaq.