~~
"-Yağış mən bu qızı çooooox sevirəm, – deyə qışqırdı.
-Susss, neyləyirsən? Səsini eşidəcəklər, – deyib, ona daha çox təsir etmək üçün Səmra da yağışın altına gəldi, indi ikisi də yağışın altındaydı...
Atabəy onun iki əlindən yapışıb gözlərinə baxaraq sevincək:
-Bilirsən, ən sevdiyim yağış dəli kimi yağan yağışdı, belə yağış altında islanmaq... özü də sənlə, bundan gözəl heç nə yoxdu, heç nə, – deyib Səmranın üzünə tökülən yağış suyunu sildi, artıq onun çox narahat olduğunu görüb, –yaxşı, gedirəm, unutma, yağışı sənlə sevdim mən, – deyərək uzaqlaşdı..."
Bu üzdən də yağışın yağmasının Səmra üçün başqa bir anlamı var idi.
~~