"Qəribədi ki, gün ərzində təkliyimi heç hiss etmirəm. İnsanlara qaynayıb-qarışıram. Onlarla deyirəm, gülürəm, əyıənirəm. Ancaq evə qayıdıb başımı yastığa qoyduğum anda içimi qəribə hisslər bürüyür. Məhz o zaman yalnız olduğumu anlayıram. Ondan daha pisi, yalnız olduğumu anladığım halda belə heç kimi həyatımda istəmirəm. Dərdimin dərmanını bilib əlimlə itələmək kimi bir şeydi. Bundan daha pis nə ola bilər? "
"Bu qədər çətin idi mi insanların gözünün içinə baxıb hər şeyi olduğu kimi demək? Heç bir sual qoymamaq, cümlələri nöqtə ilə tamamlamaq. Beyinlərdə bir sual işarəsi qoyub getmək insanlara xas xüsusiyyətdi. Yaxud tərgidə bilmədikləri vərdiş."