"... ciddi bir nəzakətlə sizin hər bir sözünüzə diqqət kəsilərdi; sanki sualınızla ona çətin bir məsələ vermişdiniz, ya da ondan hansısa sirri öyrənmək istəyirdiniz və nəhayət, aydın və qısa cavab verərdi. Amma hər bir sözünü o qədər götür-qoy edərdi ki, birdən nədənsə sizinçün naqolay olardı və nəhayət, siz özünüz söhbətin qurtarmasına sevinərdiniz."