Mənə yol yoldaşı lazımdır, özü də diri. Hara gedirəmsə, özümlə daşımalı olduğum meyit mənə lazım deyil. Mənə həmən mənimlə gedən diri yoldaşlar lazımdır, çünki mənim getmək istədiyim yerə onların özləri getmək istəyirlər.
O vaxt böyüməyin mahiyyətinə vara bilmirdim, düşünürdüm, böyümək yəqin ağlını başına yığmaq, çətin işlərin öhdəsindən gəlməkdi. Mən böyüməyin getmək, qocalmaq, insanların necə öldüyünü görmək, Moranı indiki durumda aşkarlamaq olduğunu bilmirdim.