Lemmy

Puan vermedi·704 syf.··
2026 3. kitabı
·
13 günde okudu
·
Okunma: 01 Nisan 2026 00:39
Dostoyevskidən oxuduğum digər kitablarla müqayisədə bu əsər mənim üçün sadəcə bir roman deyil, cəmiyyətin və insan ruhunun ən qaranlıq künclərinə tutulmuş bir fənər oldu. Əsərdəki Nikolay Stavrogin daxilindəki boşluğu heç nə ilə doldura bilməyən, mənəviyyatını itirmiş birinin nə qədər dağıdıcı ola biləcəyinin canlı sübutudur. Onun ətrafındakı ideologiyalar, radikal fikirlər, yəni, cinlər isə əslində bu daxili boşluqdan qidalanan parazitlər kimidir. Məni ən çox sarsıdan isə Şatov və Kirillov obrazları oldu. Bir tərəfdə inancını axtaran, digər tərəfdə isə "insan-tanrı" olmaq iddiası ilə özünü məhvə aparan iki fərqli qütb. Onların faciəsini oxuyarkən insan istər-istəməz düşünür ki, bir ideya naminə insan özünü və başqalarını nə dərəcədə qurban verə bilər? Kitabda təsvir olunan o xaos və gərginlik mənə Remarque-ın müharibə təsvirlərindəki o ağır atmosferi xatırlatdı. Orada fiziki müharibə varsa, burada ideyaların, ruhların savaşı var. Sonda isə hər kəsin öz daxilindəki "cinlərin" qurbanına çevrilməsi insanı kədərləndirir. Xülasə olaraq, əgər siz də mənim kimi kitabda sadəcə hadisə ardıcıllığı deyil, insan psixologiyasının ən dərin və bəzən qorxulu qatlarını görmək istəyirsinizsə, "Ecinnilər" mütləq oxunmalı olan bir şahəsərdir. Ağır oxunsa da, bitirdikdən sonra beyninizdə yaratdığı suallar sizi uzun müddət tərk etməyəcək. Xoş mütaliələr!
EcinnilerFyodor Dostoyevski · Antik Kitap · 20117,3bin okunma
Reklam
Puan vermedi·544 syf.··
2024 4. kitabı
·
38 günde okudu
·
Okunma: 10 Nisan 2024 18:49
3 il sonra yenidən Charles Dickens qələmindən çıxan bir kitab mənə izah edilməyəcək hisslər yaşatdı. Ümumiyyətlə nə zaman sentimental, kövrək və real hisslər yaşamaq istəsəm ya Remarka üz tuturam, ya da Dickensə. İlk növbədə qeyd edim ki, qəhrəmanın başından keçənləri ifadə şəkli sadə dillə təsvir olunsa da, kitabın ilk 200 səhifəsi darıxdırıcı gələ bilər. Lakin davam etdikcə görəcəksiniz ki, əslində sıxıcı deyə düşündüyünüz hər şey əslində bir-birini tamamlayan pazl hissələridir. Baş qəhrəmanımız Pip (açığı nə yalan deyim, ilk başlarda ona o qədər əsəbləşirdim və gözümdə necə də nankor kimi canlanırdı, lakin sonlara doğru elə bil eyniləşmişdik) valideynlərini itirmiş və bacısı və bacısının yoldaşı ilə yaşayan balaca bir uşaqdır. Bacısının ona qarşı münasibəti yaxşı olmasa da, bacısının yoldaşı dəmirçi Co tərəfdən bəxti gətirmişdi. Uşaqlıqdan gələcəkdə Co kimi dəmirçi olacağını düşünsə də, taleyi ona fərqli və özündən böyük ümidlər verir. Lakin onun ümidlərinin sonu necə olur? Xoş mütaliələr sizə!
Böyük ÜmidlərCharles Dickens · Qanun Nəşriyyatı · 201918,4bin okunma
Puan vermedi·448 syf.··
2024 2. kitabı
·
9 günde okudu
·
Okunma: 01 Şubat 2024 16:33
Uzun fasilədən sonra oxuduğum ilk kitab oldu. Amma tərcümə o qədər bərbad və səhvlərlə dolu idi ki, bir cümləni təkrar bir neçə dəfə oxuduqdan sonra başa düşürdüm. Sadəcə kitabı yarımçıq qoymaq istəmədiyim üçün davam etdim amma ilk fürsətdə orginal dildə də oxuyacam. Kitab haqqında fikirlərim qarışıq olduğu üçün yəqin ki, ikinci dəfə oxuduqdan sonra ətraflı incələmə yazacam. Hələlik isə bu musiqini bura yerləşdirmək istəyirəm: youtube.com/watch?v=dfe8tCc...
Zərdüşt Belə Söyl­ədiFriedrich Nietzsche · Qanun Nəşriyyatı · 202047,5bin okunma
7/10
·288 syf.··
2021 2. kitabı
Əslində klassik kitabları sevən biri olaraq, əvvəllər bu kitaba qarşı bir ön yarğım var idi. Hardasa 4-5 gün olar oxuyub bitirmişəm və niyə daha əvvəl oxumamışam deyə peşmanam. Mövzusu belədir: Culiyan işinin peşəkarı və çox çalışqan bir vəkildir. Bir gün o elə məhkəmə zalındaca yıxlır və həmin hadisədən sonra inzivaya çəkilir. İnzivaya çəkildiyi müddətdə öyrəndiklərini köməkçisi Conla, yəni bizlə paylaşır. Kitabı oxuyanda, məsləhət görərdim ki, əlinizin altına bir vərəqlə qələm qoyun. Çünki kitabın içində, düzgün oxuyan üçün sözün həqiqi mənasında necə yaşamaq lazım olduğunun alətləri var. Maddiyyatın bu qədər önəm daşıdığı, hətta kimilərinə "hava", "su" olduğu müddətdə, bu kitab həqiqi havanın və suyun nə olduğunu göstərir oxuculara. Kitabın ən sevdiyim tərəfi o idi ki, Culiyanın köməkçisi sanki biz idik. Mən idim. Nə zaman aydın olmayan hissəsi olurdu, Con həmən dəqiqə sualımı verirdi. Ümumilikdə kitabı bəyəndim və oxumağı tövsiyyə edirəm!
"Ferrari"sini Satmış RahibRobin Sharma · Bakı Kitab Klubu · 201623,6bin okunma
8/10
·208 syf.··
Beğendi
·
2021 1. kitabı
İndiyə kimi heç daxili bölünmədən əziyyət çəkdiyinizi düşünmüsüz? Cavabınız “hə”dirsə, elə isə bu kitab tam sizə görədir. Haqqında bəhs edəcəyim kitab Herman Hessenin 1927-ci ildə nəşr etdirdiyi “Yalquzaq” novellasıdır. Mövzusu “şəxsiyyət çoxluğu” olan Yalquzaq kitabı, yazarın yaradıcılığı ilə tanış olduğum ilk kitabıdır. Analizə başlamadan öncə qeyd edim ki, kitab nazik, tez oxunabilən görünsə də, ağır və həzm olunması çətin kitabdır. Oxumağa başlamazdan əvvəl bir az kitab haqqında araşdırdım və əsasən neqativ rəylərlə rastlaşdım. Amma mənim rəyim, düşüncəm bu istiqamətdə deyil. Kitab insanı öz daxili aləminə, onu sorğulamağa və düzgün sorğulayanı da aydınlatmaya aparır. Bəlkə də bu, yazarın Freyd və onun davamçısı sayılan Yunqun “psixoanaliz” metoduna olan marağı və dərindən araşdırması ilə bağlıdır. Həmçinin əgər Gote, Motsart kimi dahi şəxsiyyətlər marağınızı çəkirsə, kitabı oxumağınız üçün digər səbəb də kitabda onlar haqqında heyranlıqla bəhs olunmasıdır. Kitabdakı hekayəni 3 fərqli bucaqdan dinləyirik. Biri əsas obrazımızın yaşadığı evin sahibəsinin bacısı oğlu, ikincisi obrazın özü və üçüncüsü isə elə obraz haqqında yazılmış sehirli bir traktatda yazılanlar. Romanın ən qəliz hissələri də, deyərdim ki elə bu traktatdadır. Anlayıb həzm etmək üçün bəzən bir neçə dəfə oxumalı olursunuz. Əsas obrazımız, Harri Haller adlı elm adamıdır. Bu insan, öz daxili aləmində baş verənləri iki hissəyə bölərək bütün yaxşı şeyləri insanlığı altında, digər pis xüsusiyyətlərini isə yalquzaq adı verdiyi digər tərəfinə yükləyib. İlk başlarda yalquzaq tərəfinin əsiri olan Haller, hətta intiharı belə düşünür. Həmişə daxilində bir küncdə dişlərini qıcayaraq ona baxan canavarın mübarizəsi ona əziyyət verir. Lakin hadisələr elə cərəyan edir ki, o bir müddətlik yalquzağı susdura bilir. Amma
YalquzaqHermann Hesse · Qanun Nəşriyyatı · 20139,6bin okunma
Reklam