Fəlsəfədə, dində, etikada, siyasətdə iki dəfə iki beşə bərabər ola bilər. Lakin təyyarə, yaxud tüfəng istehsalı zamanı iki dəfə iki mütləq dörd etməlidir.
Qardaşlığı məhv etmək imkan xaricindədir, çünki o, ənənəvi mənada başa düşülən təşkilat kimi formalaşmamışdır. Onu birləşdirən yeganə təməl ideyadır. İdeya isə məhvedilməzdir.
Kimisə sevirsənsə, deməli, onu bütün varlığınla sevməlisən. Ona artıq heç bir şey vermək iqtidarında deyilsənsə, son zərrəsinə qədər sevgini verməlisən.
Qaranlıq olmayan yer - xəyallarda yaşayan gələcəkdir. Bəziləri o gələcəyi heç zaman görməyəcək, bəziləri isə qabaqcadan əldə etdikləri biliklərlə onu sirli surətdə bölüşəcəklər.