Bəzən çətinlik kimi görünən şeylər əslində beyinin oyunu idi. Xoşbəxt olmaq üçün Kaliforniyada üzüm bağında gün batmasını izləmək mütləq deyildi. Hətta böyük evə və mükəmməl ailəyə də ehtiyac yox idi. Ona sadəcə potensial lazım idi. Və potensial olmasaydı, o, heç nə idi. Bütün bunları əvvəllər nə üçün görmədiyini düşünürdü.
Bir həyatda qalmağın səbəbi sadəcə, ondan daha yaxşı həyat təsəvvür etməməkdən irəli gəlir və nə qədər paradoksal olsa da, daha çox həyat yaşadıqca daha yaxşı həyat təsəvvür etmək bir o qədər asanlaşır.