Leman Humbetova

9/10
·308 syf.··
Beğendi
·
2026 2. kitabı
·
239 günde okudu
·
Okunma: 03 Şubat 2026 01:56
Uzun müddətdən sonra məni təsirləndirən bir kitab haqqında yazmaq istədim. Bu kitab təkcə müharibənin gedişatından deyil, onun insanlarda buraxdığı izlərdən də bəhs edir. Düşünürəm ki, əsər daha da dərin işlənə bilərdi, lakin buna baxmayaraq, müharibənin gətirdiyi yadlığı, vətəndən və sevdiklərindən uzaq düşən əsgərin yaşadığı çətinlikləri, həmçinin onun daxili dünyasında daim çatmaq istədiyi sülh arzusunu oxucuya yetərincə hiss etdirir. Əsərdə Mehdi yoldaşları və komandirləri üçün bir qəhrəman, düşmənləri üçün isə qorxu mənbəyidir. Hətta alman zabiti, “Mixaylo” adlı real bir qəhrəmanın mövcud olmadığını, bu adın partizanların həyata keçirdikləri uğurlu əməliyyatlarda düşməni qorxutmaq üçün yaratdıqları bir simvol olduğunu düşünür. Əsərdə Mehdi Hüseynzadənin çevikliyi, zəkası, mübarizədən qorxmaması, dostları üçün sonuna qədər hər şeyə hazır olması və həm yoldaşları, həm də rəhbərləri tərəfindən necə sevilməsi aydın şəkildə göstərilir. Mehdinin son nəfəsinə qədər təslim olmadan mübarizə aparması, günahsız insanların həyatını düşünməsi və ölüm anında belə zəkasını soyuqqanlılıqla istifadə etməsi insanı xoş mənada heyrətə salır. Məni ən çox təsirləndirən məqamlardan biri isə onun rəssamlıqla bağlı xəyallarının yarımçıq qalması oldu. O, ara-sıra müharibənin qara buludlarından uzaqlaşaraq daxili sakitliyini çəkdiyi rəsmlərdə tapır və bir gün müharibə bitdikdən sonra tamamlayacağı “Azadlıq əsgəri” əsərinin arzusu ilə yaşayır. Əsərdə eyni zamanda müharibənin siyasi tərəflərinə — Amerikanın və digər dövlətlərin mövqeyinə, eləcə də müharibə şəraitində qaçınılmaz olan satqınlıqlara da toxunulur. Qısacası, bu əsər oxunmasını və tövsiyə edilməsini düşündüyüm kitablardandır.
Uzaq SahillərdəHəsən Seyidbəyli · Xan Nəşriyyatı · 201954 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
9/10
·250 syf.··
Beğendi
·
2025 7. kitabı
·
3 günde okudu
·
Okunma: 11 Kasım 2025 00:03
Bu il John Stuart Mill-dən oxuduğum ikinci kitabdır. Qələmiylə tanış olduğum üçün özümü şanslı hiss edirəm. Kitabı oxuyarkən insan zehninin dərinlərinə dalıb, daha nə qədər dərin düşünülə bilər deyə sual verir oxucu özünə. Ancaq sətirləri oxuduqca əslində dərinlərdə mənim də bir çoxunu düşündüyümü anladım. İstər emosional, istərsə də informasiya cəhətdən insanı zənginləşdirəcək kitab idi. Günümüzdə empatiya qabiliyyəti yüksək insanlar tərəfindən düşünülüb anlaşılan bir çox şeyi öz dövründə bu qədər dərinləməsinə izah etməsi insanı bəzən heyrətə salır. (Ki bir çox düşüncələrində günümüzdən daha öndə olduğunu deyə bilərəm) Azadlıq mövzusunu o qədər əhatəli bir şəkildə işləyib ki, ağlınıza gələcək və gəlməyəcək bütün ehtimalları dəyərləndirərək bir çox hakimiyyət variasiyasını, sosial qınağı tənqid edib. Dini, siyasi və şəxsiyyət məsələlərinə çox gözəl toxunub. Ən sevdiyim isə, müasir dövrdə ən çox azadlıq anlayışıymış kimi qələmə verilən müəyyən dinlərə inanan insanlara qarşı edilən tolerantsızlıqlarla, eyni dinə inanmayan insanlara qarşı edilən tolerantsızlığa verdiyi əhəmiyyətin eyni olması oldu. Eyni zamanda sizi azadlıq, özünü ifadə etmə və fərqlilik barəsində elə ələ alır ki, özünüzü bəzən onun da düşüncələrinə qarşı çıxan halda tapırsız.
Özgürlük ÜzerineJohn Stuart Mill · Karbon Kitaplar · 2020863 okunma
10/10
·160 syf.··
Beğendi
·
2024 2. kitabı
·
9 günde okudu
·
Okunma: 05 Eylül 2024 22:07
Martin Eden'dan sonra məni ən çox ağladan kitab oldu deyərdim..Raif bəyin vərdiş edilmişdən çox fərqli olan sevgisi, onu hər gün düşüncələrə boğan itirmə qorxusu dünyada hələ də sevginin olduğuna insanı inandırır.Başlarda Mariaya bir qədər əsəbi olsam da zamanla onu anladım və haqq verdim.Yaşadığı həyat, insanlardan gördüyü davranış və hərəkətlər onu belə şübhəci, ehtiyatlı və bəlkə də divarlı birinə çevirmişdi.Buna rəğmən Raif bəyin incəliyi, nəzakəti və dərin düşüncəliliyi qarşısında onun hamı kimi olmadığına Maria da nəhayət inanır. Başqalarında axtardığımız uyğunluq bəlkə də öz aynamızdır, bəlkə də özümüz kimi düşüncələrə sahib insanlardır.Onlar ikisi də bir-birinin qəlbində və ruhunda bunu tapmışdı.Tövsiyyə edəcəyim kitablardan biridir.
Edebiyat
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025376,5bin okunma