Leman Humbetova

Aşiq olan insan eqoistləşir, ona elə gəlir ki, keçirdiyi xoşbəxtlik, səadət dəmləri başqalarına da yoluxa bilər.
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Səsinin hər xalında sevinc vardı Təhminənin, gülüşünün hər çalarına bəxtiyarlıq hopmuşdu Təhminənin və bütün bu səhər sevincləri Zaurla bağlıydı…
Başa düş, Zaur, əzizim, bir dəfəlik başa düş axır, sevirəm səni, sevirəm. Yalnız tək bir səni sevirəm… Bilirəm, mənim deyilsən. Sənə heç bir hüququm çatmır, sənin cavan həyatını dağıtmağa da heç bir haqqım yoxdur… Bilirəm bütün bunları… Amma sənsiz dura da bilmirəm.
-Zaurik, - dedi, -sən gəlmisən, ona görə də bütün bu çiçəklər açıb. Birinci dəfədir sən mənim evimə gəlmisən, oboylar da çiçəkləyib, görürsən.
Mən elə hesab edirəm ki, insanın öz daxili əxlaqı olmalıdır və əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün zahiri şeylərin heç bir əhəmiyyəti yoxdur - kim nə bilim nə dedi, nə fikirləşdi.