Leman Humbetova

Biz insanlar hava limanlarındakı yoxlamaların bütün mərhələlərindən asanlıqla keçən ən böyük narkotik qutularıyıq. Bizim damarlarımızı və beynimizi dolduran dopamin, adrenalin, oksitosin, melatonin və başqa qadağan olunmuş vasitələr… İnsan bədəni ən böyük gizli narkotik fabrikidir.
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Bir vaxtlar çinlilər insanları və onların dünyalarını bir-birindən ayıran sədd tikirdilər, indi isə həmin işin öhdəsindən heç də pis gəlməyən qulaqlıqlar düzəldirlər.
9/10
·308 syf.··
Beğendi
·
2026 2. kitabı
·
239 günde okudu
·
Okunma: 03 Şubat 2026 01:56
Uzun müddətdən sonra məni təsirləndirən bir kitab haqqında yazmaq istədim. Bu kitab təkcə müharibənin gedişatından deyil, onun insanlarda buraxdığı izlərdən də bəhs edir. Düşünürəm ki, əsər daha da dərin işlənə bilərdi, lakin buna baxmayaraq, müharibənin gətirdiyi yadlığı, vətəndən və sevdiklərindən uzaq düşən əsgərin yaşadığı çətinlikləri, həmçinin onun daxili dünyasında daim çatmaq istədiyi sülh arzusunu oxucuya yetərincə hiss etdirir. Əsərdə Mehdi yoldaşları və komandirləri üçün bir qəhrəman, düşmənləri üçün isə qorxu mənbəyidir. Hətta alman zabiti, “Mixaylo” adlı real bir qəhrəmanın mövcud olmadığını, bu adın partizanların həyata keçirdikləri uğurlu əməliyyatlarda düşməni qorxutmaq üçün yaratdıqları bir simvol olduğunu düşünür. Əsərdə Mehdi Hüseynzadənin çevikliyi, zəkası, mübarizədən qorxmaması, dostları üçün sonuna qədər hər şeyə hazır olması və həm yoldaşları, həm də rəhbərləri tərəfindən necə sevilməsi aydın şəkildə göstərilir. Mehdinin son nəfəsinə qədər təslim olmadan mübarizə aparması, günahsız insanların həyatını düşünməsi və ölüm anında belə zəkasını soyuqqanlılıqla istifadə etməsi insanı xoş mənada heyrətə salır. Məni ən çox təsirləndirən məqamlardan biri isə onun rəssamlıqla bağlı xəyallarının yarımçıq qalması oldu. O, ara-sıra müharibənin qara buludlarından uzaqlaşaraq daxili sakitliyini çəkdiyi rəsmlərdə tapır və bir gün müharibə bitdikdən sonra tamamlayacağı “Azadlıq əsgəri” əsərinin arzusu ilə yaşayır. Əsərdə eyni zamanda müharibənin siyasi tərəflərinə — Amerikanın və digər dövlətlərin mövqeyinə, eləcə də müharibə şəraitində qaçınılmaz olan satqınlıqlara da toxunulur. Qısacası, bu əsər oxunmasını və tövsiyə edilməsini düşündüyüm kitablardandır.
Uzaq SahillərdəHəsən Seyidbəyli · Xan Nəşriyyatı · 201954 okunma
Bu, qəribə bir səhnə idi. Ölmüş dostunu qucağında aparan yaralı, silahsız bir partizan və onu hörmətlə müşayiət edən iki düşmən əsgəri…

Leman Humbetova

, bir kitap okudu
9/10
·308 syf.··
Beğendi
·
239 günde okudu
·
Okunma: 03 Şubat 2026 01:56
·
2026 2. kitabı
Həsən Seyidbəyli
9.2/10 · 54 okunma