"Sən məndən də yaxşılarına layiqsən" Bu cümlə nədir axı?Burada bir məntiq varmı? Niyə axı məni başqalarına layiq bilirsən?həmdə səndən daha yaxşılarına. Niyə"o"yaxşı sən olmursan? Bəlkə bu cümlə "Getmək istəyirəm" cümləsinin qarşısında duran bir pərdədir. Gedirəm deyə bilməməyin böyük bir bəhanəsidir. Bu cümləni işlədirsənsə, doğurdan da səndən daha yaxşılarına layiqəm demək. Demək ki,sənin"bəhanə,yalan, qurtuluş" sandığın bu cümlə elə həqiqətin özü imiş...