Lyman

İki şehir..
Puan vermedi·464 syf.··
2024 1. kitabı
Charles Dickensin ilk oxuduğum əsəri oldu . Əsərdə qarışıq hadisələr baş verməsi biraz diqqətli oxumağımıza səbəb olur . Əsər adından da göründüyü kimi iki şəhərin hekayəsindən danışır . İngiltərə və Fransa . Əsərdə əsas hadisələr Fransa burjua inqilabının dövrünə düşür və əvvəllər burada soylu xalqın yəni zədəganların etdikləri talanlarından bezən xalq soylulardan intiqam almaq istəyirdilər ,hətta ən yüngül cəzanı işlədən şəxsi belə gilyotin ilə öldürmək niyyətində idilər . İndiyə qədər zülmə məruz qalmış xalq artıq özü istismarçı və qəddar təbəqəyə çevrilmiş olur. Kitab Doktor olan Marnette və qızı Lucynin başına gələnlər nəql edilir . Əsərdə özünü qurban verən personaj və gözünü qəddarlıq bürüyən qadın personajları tamamilə bir birinin əksi olaraq verilib. Əsərdən özüm üçün çıxardığım nəticə bu oldu ki , Həyatda ədalətli sistem heç bir zaman olmayacağ . İnsan təbiətində bu mövcud deyildir . Hətta bir cümlədə qeyd edilir ki , “Cumhuriyyet senden bir şey istiyorsa onun iyiliği için yapmak zorundasın . Halkın çıkarı için …
İki Şehrin HikâyesiCharles Dickens · Can Yayınları · 202376,6bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi·352 syf.··
2023 31. kitabı
·
14 günde okudu
·
Okunma: 17 Eylül 2023 16:03
Kitabı oxuyandan sonra ətrafı saatlarla sakitcə izləmək , bu halı həmcinin yeraltından notlar' ı oxuduqdan sonra da yaşamışdım, lakin orada hisslərin ağırlığı, burada partiyanın prollara baxışı ağır idi ,oxuduğca anladım ki , kitabda izah edilən prollar biz idik.. kitab axıcı olmasa da insanı son ana qədər marağda saxlayır . Əsərdə baş rolun həqiqətən öz sistemlərinə qəlbən nifrət edməsi cox gözəl təsvir edilib. Bu kitab əslində gündəlik hayatımızı və gelecekdeki insanlara qarşı olan təhdidləri göstərirdi. İki vur ikinin bəzən 4 edmədiyini də hətta "3 və ya 5" etdiyini də bu kitabda öyrənmiş oldum ,kitabda deyildiyi kimi yeganə həqiqət partiyadır ...
Siyaset & Politika
1984George Orwell · Can Yayınları · 2023200,2bin okunma
məni unutma(
Puan vermedi·544 syf.··
2023 28. kitabı
Destoyevskinin ən axıcı əsərlərindən biri idi , əsər boyu demək olar ki ,obrazların davranışlarına bəzən həm əsəbləşdim ,həm sevindim . Əsər Vanyanin dilinden verilir ,əsas adı Ivan Petrovicdir . Əsərdə ən yaxşı hətta ideal obraz sayılırdı, en nifret etdiyim obraz knyaz və onun oğlu Alyoşa obrazları idi , knyaz xudbin ,pula görə hər alcağlıgı edmək ilə yanaşı həm də insanları tehqir edmək onları əzmək ona xüsusi zövq verirdi , bunu isə Vanyaya restoranda olan söhbətindən sonra görürük. Alyoşa obrazı - qorxag ,iradəsiz , sözünü ifadə edə bilməyən obraz idi , düşünürem ki ,Alyoşa özünə ana axtarırdı, özüne sahiblənilməsini sevirdi ,elə onun Katyaya marag göstərməsinə səbəb də bu idi (.. Natasa obrazı düşünürəm ki ,ziddiyyətli bir obraz idi , o öz etdiyi səhv hərəkətin daimi olarağ iztirabını cəkir, öz ailəsinə qarsı etdiyi hərəkətdən peşman olur , sevdiyim obrazlardan biri Nikoloy sergeyeviç ixmenev idi , o özü hər zaman qızı ucun darıxsa da bunu bildirməmişdir ,hətta o gecələri Natasanın evinin qarşısında işıglarin yanmasını gözlemesi onu göstərir ki o qızına heç vaxt ürəkdən qarğımayıb və həmişə onu sevib... Nelli - bu obraz haqqında nə yazsam bilmirəm ,əsər boyu öz həyat hekayəsi ... Ən pis və təsirləndiyim obraz o oldu , Vanyadan onu unutmamasını xais edir ,Vanya səni heç vaxt unudmayacag Nelli Əsəri hər kəsə tövsiyyə edirəm.
Edebiyat & Roman
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201923,8bin okunma
Sonsuz
9/10
·220 syf.··
Beğendi
·
2023 26. kitabı
Əsər axıcı olmaqla yanaşı həm də cəmiyyətin istənilən fərdi tərəfindən başa düşüləcək şəkildə yazılıb . Əsərdə duygu və hisslərin çoxundan istifadə edilməsi əsərə daha da marağ qatır ,əsərin yarısına qədər Sahib obrazına nifrət aşılayırdım... Lakin Sahibin Fərəh haqqında dediyi ifadə " o an mən anladım ki, əsl sevgi insanı bütün çirkinliklərilə birlikdə qəbul etməkdən ibarətmiş"... - bu cümləni görənə qədər ,Sahibə nifrətimin yaranması isə əsərin başlanğıcında olan Fərəhin duygularını heçə sayması olmuşdu. Əsərdə Anaitin- hiyləgərliyi , Kristinanın - qüruru , Sahibin nəfsinə hakim olmaması , yaxınlara doğmalara qarşı özləmin təsviri möhtəşəm idi .
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201880 okunma
Puan vermedi·184 syf.··
2023 25. kitabı
·
19 günde okudu
·
Okunma: 12 Mayıs 2023 22:48
Oshonun qələmini ilk dəfə oxuyurdum, Əslində Oshonun heç bir kitabı özü tərəfindən yazılmayıb ,tələbələrinin mühazirələrindən istifadə edərək ərsəyə gəlmişdir. Kitabda qadının müqəddəsliyini, ilahiliyini vurğulayib. əsrlərdir şərq qadınlarının 'kişilər ' tərəfindən istismar edilməsi xüsusi ilə qeyd olunur .kitab sayəsində bir çox mövzu haqqında yeni baxış tərzim yarandı ,bu kitabda dinlər haqqında fikirləri də diqqətimi cəkdi. Qısqanclığın sevgi olmadığını , bədənimizə nifrət etmək lazım olduğunu bildirən nəsil, cinsəlliyi ayıbmış kimi , ehtirasın sadəcə kisilərə xas xüsusiyyət kimi qələmə vermək, sahiblənmək duyğusunun iticiliyi , qadınların əsrlər boyu qul kimi baxılması və daha nələr nələr .... Mənim fikrimcə Feminizmi ən gözəl izah edən kitablardan biridir .. ölkəmizdə qadınlarla yanaşı əks-cinsin nümayəndələri də bu kitabı mütləq oxumalıdır deyə düşünürəm.
İnsan ve Toplum
Qadınların kitabıOsho · Qanun Nəşriyyatı · 20201,183 okunma