İnsanlar yarımçıq qoyduqları hər işə görə sonradan peşman olurlar. İllər keçsə də, tez-tez dilə gətirir, sona kimi getmədiklərinə görə heyifsilənirlər. Natamam qalmış hisslərimiz, yaşamadıqlarımız, qorxub addım atmadığımız hər an, hər hadisə, hər insan yenidən, təkrar-təkrar eyni yerə qayıtmaq üçün bəhanə olur.