Elə bir an yoxdur ki, sən, öz iradənə zidd olsa da, məhvedici olmayasan. Ən adi bir gəzinti belə minlərlə soxulcanı həyatdan məhrum edir, atılan bir addım qarışqaların səbrli zəhmətilə qurulmuş yuvasını uçurub dağıdaraq, kiçik bir aləmi ayaqlayıb yerlə yeksan edir.
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Ona aşiqinin gözləri ilə baxmaq daha yaxşıdır. Bəlkə də, o mənim gözlərimə, indi xəyalımda təsəvvür etdiyimdən tamamilə başqa bir sürətdə görünəcəkdir, bu gözəl xəyalı niyə korlayaq?
O nə üçün yaşasın? Nəyi nəzərdə tutub yaşasın? Nəyə doğru can atsın? Ancaq mövcud olmaq üçünmü yaşasın? Lakin o əvvəllər də öz varlığını ideya, ümid, hətta xəyal uğrunda fəda etməyə hazır idi. Yalnız mövcud olmaq onu təmin etmirdi: o həmişə daha böyük bir şeyin arzusunda idi. Bəlkə də elə bu arzuya görə o özünü başqa bir adam hesab edirdi: elə bir adam ki, ona başqalarından daha çox şeylər etməyə icazə verilmişdir...