Amile

Amile
@Marsiyo19
7/10
·192 syf.··
Beğendi
·
2023 3. kitabı
·
4 günde okudu
·
Okunma: 11 Ağustos 2023 23:53
Bir çoxlarının bildiyi üzrə, George Orwell (bu, onun təxəllüsüdür) “1984” romanı ilə bütün dünyada tanınır. Hələ ki onun bu romanını oxumamışam, ancaq booklist’imdə əlbətdə ki var. Sözü gedən ingilis yazıçısını türkcədə “Hayvan Çiftliği” olan “Heyvanıstan” əsəri ilə tanıdım. Kitaba başlamazdan əvvəl bu adı bəyənməmişdim, nəticə etibarı ilə tərcüməçi ilə razılaşmamışdım, amma nədənsə sonda bu adın doğru ad olduğuna qərar verdim və onunla razılaşdım. Əsər sadə dillə yazılmış, ancaq qəliz məsələlərə toxunulmuşdur. Bu qəliz məsələlər , heç şübhəsiz, hər ölkədə yer alan siyasi məsələlər, idarəetmə sistemidir. “Heyvanıstan” alleqorik romandır, yazıçı insanlara aid xüsusiyyətləri heyvanlar üzərinə köçürmüşdür və mesajlarını o istiqamətdə vermişdir. Burada heyvanlar insanlar kimi danışır, sistemli şəkildə iş bölgüsü edir, işləyir, planlar qurur, müharibə edir və s. Nəticədə fərqli və maraqlı bir əhvalat ortaya çıxır. Əgər bu alleqorik dünyanı sevsəniz, eyni zamanda cizgi filminə və filminə də baxa bilərsiniz.
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018296,8bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Spoiler yoxdur :)
9/10
·672 syf.··
Beğendi
·
2023 1. kitabı
·
4 günde okudu
·
Okunma: 08 Ağustos 2023 13:47
ABŞ yazıçısı Luiza Mey Alkotun “Balaca qadınlar” romanı klassik ədəbiyyatın məşhur nümunələrindəndir. Romanda missis Març və qızları Meq, Co, Bet və Eminin həyatı, başlarına gələn hadisələr əksini tapır. Əsər ilk dəfə ABŞ-da “Roberts Brothers” nəşriyyatı tərəfindən çap olunub: l hissə və ll hissə olaraq. Əlimdəki kitab isə hər iki hissədən ibarətdir. Kitab ilk öncə elə üz qabığından insanı cəlb edirdi. Mən çox xoşbəxtəm ki, kitabxanama bu cür gözəl bir kitab əlavə olundu. Hər bir səhifəsini həvəslə çevirdiyim, hər fəslini maraqla başladığım bir kitab oldu. Roman, eyni zamanda, nəsihətlərlə dolu idi. Mən missis Marçdan anlayışlı, mülayim ana olmağı, Meqdən sevginin hər şeydən əhəmiyyətli olduğunu, Codan xəyallarından heç vaxt vazkeçməməyi, qətiyyətli olmağı, Betdən insanın hər bir şəraitdə sakit qala bilməli olduğunu, nəcibliyi, Emidən özünəhörməti, qadın üçün gözəl görünmənin nə qədər önəmli olduğunu öyrəndim. Əsərdə cənab Lorens, Lori, Bruk vs. digər obrazlar da çox gözəl, təsirli, diqqətlə təsvir olunmuşdur. Qonşuluq anlayışı, insana inam, xoşxasiyyətliliyin önəmi, hörmətin əhəmiyyəti yazıçı tərəfindən o qədər gözəl işlənib ki, biz bunları görməyə, dərk etməyə bilmərik. Kitabda bu cür keyfiyyətləri görmək də insan əxlaqı üçün olduqca önəmlidir. Bu səbəbdən, bu kitabı hər kəsə tövsiyə edirəm.
Balaca QadınlarLouisa May Alcott · 3 Alma · 019,6bin okunma