"İlk döyüşə qatıldığım zaman - Bull Run döyüşü idi, yəqin xatırlayırsan - uşaqlıq dostlarımın parça-parça olduğunu gördüm, can verən atların ağlayışlarını eşitdim və bir adamı vurduqda onun necə büzüldüyünü, necə qan itirərək öldüyünü gördüm . Amma müharibənin ən pis tərəfləri bunlar deyildi, Scarlett. Müharibənin ən pis tərəfi birlikdə yaşamaq məcburiyyətində olduğum insanlar idi. Həyatım boyunca insanlardan uzaq durmuş, dostlarımı diqqətlə seçmişdim. Amma müharibə mənə, içimdə insanlarla dolu, özümə məxsus bir dünya olduğunu öyrətdi. Müharibə mənə insanların əslində necə olduqlarını göstərdi, amma onlarla birlikdə yaşamağı öyrətmədi."