Maya Ahmadzada

Puan vermedi·96 syf.··
2026 19. kitabı
·
13 saatte okudu
·
Okunma: 19 Haziran 2026 12:18
Stefan Zweig artıq nə yazıbsa oxuyacam dediyim yazıçıların arasına daxil oldu. İnsanın ən narahat edici və çirkin duyğularının belə bu cür səmimiyyətlə qələmə alınması, narsistliyin, eqonun daha sonra isə çarəsizlik, takıntı və vicdan əzabının mükəmməl hekayəsi..
AmokStefan Zweig · Remzi Kitabevi Yayınları · 2021134,8bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Puan vermedi·304 syf.··
2026 14. kitabı
·
94 günde okudu
·
Okunma: 09 Mayıs 2026 22:26
Bir yazıçının yaxşı olduğunu romanlardan da çox əsas hekayələri göstərir məncə. Söhbət təkcə hamının tanıdığı Benjamin Button hekayəsindən də getmir, özünəməxsus yumoru və axıcı süjetləri, gözlənilməz sonluqları, bəzən də insanın öz baxış açısını sorğulamağa məcbur edən hekayələri arasında ən sevdiyim "Baş və çiyinlər" və "İsti...Soyuq qan" hekayələri oldu. Şiddətlə tövsiyə edirəm.
Seçmə HekayələrF. Scott Fitzgerald · Qanun Nəşriyyatı · 20232 okunma
Puan vermedi
Gustave Flaubert artıq "nə yazıbsa oxumalıyam" dediyim müəlliflərin arasına qatıldı. Kitab mənə fərqli duyğular yaşatdı, sonluğu isə qəlbimi parça-parça etdi. Əsər boyu Emmaya (Madame Bovary) nifrət də elədim, arada onu başa düşdüm, amma ən çox yazığım gəldi. Onu sevən insanlara xəyanət etməsi nə qədər mənfi də olsa etdiyi heç bir şey ona xoşbəxtlik gətirmədi. Bir insanın xoşbəxt olub-olmamasının həqiqətən daha çox xarakterindən asılı olduğunu, və çox istənilən şeylərin əldə ediləndən sonra xəyallarda göründüyü kimi möhtəşəm olmadığını da anlamış olduq.
Madame BovaryGustave Flaubert · Türkiye İş Bankası Kültür Yayınları · 201940,9bin okunma
Puan vermedi·328 syf.··
2026 5. kitabı
·
8 günde okudu
·
Okunma: 05 Şubat 2026 17:19
Kitabın yazılma tərzi çox sadə və axıcı, süjeti çox maraqlı idi. Bir ananın öz azyaşlı uşağını itirməyi, hadisələrin üstünün yalnız 80 il sonra açılması.. Bir az varlı - kasıb ziddiyyətləri klişe gəldi, amma ümumilikdə ürəyimə çox toxundu və hətta sonluğu məni ağlatdı
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,9bin okunma
Puan vermedi
Əsas mövzusunun romantika olmadığı düşünülsə də, oxuduğum ən romantik kitablardan biri idi. Culia obrazı özümə yaxın hiss etdiyim bir obraz oldu, bir çox baş qəhrəmanlardan fərqli olaraq mükəmməl biri deyildi, səhvləri və düzləri ilə bizlərdən biri idi. Atası ilə münasibəti kitabın əsas mövzusudur və kitab boyu vaxtında demək əvəzinə içimizdə basdırdığımız sözlərə görə çəkilən sıxıntılar ön plandadır.
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 01,213 okunma