Şəkildə qolunda sistem əlində də
qızılgül tutmuş bir xəstənin təsviri var idi..
xəstənin qolu ağ-qara fonda,
əlindəki qızılgül isə qırmızı rəngdə idi..
sanki son günlərini yaşayan xəstənin
özündən sonra kiməsə yeni həyat verməsi
ifadə olunurdu..hər bir kədərin içində
bir gözəllik mövcuddur..deyilmək istənilirdi..
Bu şəklin əsl mənasını onu çəkən bilir..
O isə göylərə qalxmış bir mələkdir..
Uşaqlar böyüklər kimi deyil..
onlar kiçik və dəyərsiz şeylərdən
necə də xoşbəxt olmağı bacarırlar..
Kaşki böyüklər də o cür aza qane olub
əllərində olan dəyərsiz hesab etdikləri
şeylərlə sevinə bilərdilər..
Hər şeydə xeyir və məna vardır..
müəyyən məqamları anlamağımız çətindir..
bizim vəzifəmiz öz payımıza düşən taleyi təslimiyyətlə qəbul etməkdir..
taleyimizdə ədalətsizlik axtarmaq..
payımıza düşənə qəzəblənmək..
problemdən çıxış yolu deyildir..
Mənim qorxularım həmişə dəyişkən olub
Uşaqlıqda bayram hədiyyələri almayacağımdan..
sonra valideynlərimin davalarından..
boşanacaqlarından qorxmuşam..
Mən heç bir zaman adi uşaqların qorxduqları qaranlıq,ndiv kimi şeylərdən qorxmamışam..
mənim bu cür şeylərdən qorxmağa
vaxtım belə olmayıb..Ya ailəmi itirməyimdən..
anamın məni tənbeh edəcəyindən ya da ki,
atamın az pul qazanacağına görə
anamla olacaq söz söhbətindən..
ailəmdən uzaq düşəcəyimdən qorxmuşam..
Qorxmuşam ki ailəmdə nəsə qeyri-adi bir şey baş verəcək və mən tənha qalacağam..