Mənə elə gəlir ki indiki dövrdə film çəkmək, ssenari, yazmaq daha çətindir. Son zamanlar Film dünyası da əksər mövzularda təkrara düşür, ya keçmiş filmləri yeni versiyada çəkirlər ya da illər sonra öz sözünü demiş filmin ardını çəkirlər. İl ərzində az sayda fərqli, yaddaqalan filmlər çəkilir.
Ədəbiyyat dünyası da onu kimi "klişe" dediyimiz yüzlərlə kitab var, əksəriyyəti bir-birini təkrarlayır. Ancaq Matt Haiqin qələmilə ərsəyə gətirdiyi bu kitab mənə insan yaradıcılığının həddi-hüdudu olmadığını, sərhədsiz olduğunu bir daha sübut edir. Müasir ədəbiyyatdan oxuduğum ən yaddaqalan, fərqli kitab oldu mənim üçün.
Kitab Silvia Platın "Əncir alleqoriyası"na əsaslanır desəm yalan olmaz. Əksəriyyətimiz gün ərzində" filan işi seçsəydim, başqa sahə üzrə oxusaydım, qarşıma çıxan o fürsəti dəyərləndirsəydim başqa olardı" - deyə onlarla şey düşünürük. Kitabdakı baş qəhrəmanımız Nora da uşaqkən üzgüçülükdə, mahnı yazmaqda, pianoda ifa etməkdə potensialı olub, ancaq onların heç birini düz əməlli həyata keçirməyən və zamanla bunun peşmançılığınə çəkən 30lu yaşlarında bir qadındı. Norayla bir çoxumuz eyni hissləri yaşamışıq. Onun bizdən fərqi isə bu həyatları sınama şansının olmasıdı. Kvant fizikası, paralel kainatlar mövzusundan da bəhs edən kitab olduqca axıcıdı, ancaq sonlarına doğru təkrara düşdüyünü hiss elədim. O hissələri bir az sıxıcı gəldi,
- - - - SPOİLER("içimdən seç artıq bir dənə həyat adam ağıllı yaşa özün üçün" - dedim. O səbəbdən bir ara Nora üçün hər şeydən narazı, nankor, axtardığını tapsa da həmişə narazı olacaq biri kimi düşündüm ) - - - -
Bunları çıxmaq şərtilə sona doğru kitab özünü toparladı. Əslində verilmək istənilən mesajın tamam başqa şey olduğunu anladım.
Qəhrəmanımız bir macəraya çıxmış sonda evə qayıtmış, ancaq evdən çıxanla evə qayıdan
Təəssüf ki, 1k artıq kitab tətbiqi olmaqdan getdikcə uzaqlaşır. Uzun müddətdir proqrama daxil olmuram. Dünən daxil olanda ana səhifəmin əksəriyyəti video və şəkillərdən ibarət idi. Heç biri də kitabla bağlı paylaşımlar deyildi. Sanki tvitter, instaqram qarışıq bir tətbiqdəyəm. Necə ki əksər insanlar estetik toxunuşlarla xarici görünüşünə görə bir-birinə bənzəyir. Sosial şəbəkələrdə elə. Hər biri getdikcə eyniləşir. Neyləyək? Kitab qeydlərimizi, alıntılarımızı harada paylaşaq? Oxumaq istədiyimiz kitab haqda başqa haradan məlumat əldə edək? Yoxsa tək mənə anormal gəlir bu vəziyyət? Oxuyanlar fikir bildirsə sevinərəm.
Nəysə gedim son dinlədiyim kitabın incələməsini paylaşım)