"İnsanın məna axtarışı ən böyük yanılğıdır" deyə düşündü. Ancaq digər tərəfdən mənanın olmaması insan üçün dözülməzdir. Eynilə birinin içinə dolan anlıq sıxıntı və ya başqa hiss kimi. Hər kəs sıxıldığı və ya səbəbsiz yerə kədərli hiss etdiyi zaman qorxu hissinə qapılar. Və sürətlə o sıxıntının keçməsi üçün yol axtarışına çıxar. Çünki sıxıntı və səbəbsiz kədər insana dünya və kainat üzərindəki önəmsizliyini xatırladır. Doğulduğu andan etibarən onu nəyin gözlədiyini bildiyindən, həmin nəticəni unutmağa çalışaraq həyatının hər anını doldurmağa çalışır.
İnsanlar bir-birlərini tərarlamağa o qədər aludə olmuşdular ki, artıq nə etdiklərini sorğulamırdılar belə.. Bir şeyi etməzdən əvvəl " bu etdiyim şey, doğrudurmu ?" deyə soruşmaq yerinə, artıq " bunu hər kəs edirmi ?" deyə soruşdular. Rəqəmlərin çoxluğu insanların şeyin gerçəkliyini təsdiqləyirdi.