...mən daxilən nə qədər biganə və ölü olduğumu gizlətmək üçün adam arasında çox vaxt geydirmə heyranlıq, şişirtmə emosiyalar nümayiş etdirirdim. Qıraqdan elə görünürdü ki, sanki həyatım heç dəyişməmiş, öz əvvəlki sakit, rahat, qayğısız axarında keçir... çünki mən heç öz gəncliyimi də əməlli-başlı sevməmişdim.