Osamu Dazainin "İnsanlığımı Yitirirken" əsəri dərin psixoloji analizlər və insan ruhunun qaranlıq tərəflərini araşdırmaq üçün tövsiyə edilə biləcək əsərdir.
Əsər, əsas qəhrəman Yozonun öz kimliyini və cəmiyyətlə münasibətini anlamadığı bir dünyada yaşadığı daxili mübarizələri təsvir edir.Yozo, cəmiyyətə uyğunlaşmaq üçün maska taxaraq yaşamağa çalışsa da, nəticədə insanlara qarşı olan inamını itirir. Yaşadığı itkilər, travmalar və pulsuzluq onu içkiyə düçar hala gətirir.
Bu kitab, özünüdərk, tənhalıq, özünü heç bir yerə aid hiss edə bilməmək kimi bir çox mövzunu birləşdirir.
Lakin qadın nifrəti və qadının təsvir şəkli bu kitaba qarşı düşüncəmi və həvəsimi pis yöndə etkilədi...