Siz hələ çox cavansınız.Bunu yaxşı anlaya bilməzsiniz. Lakin bir müddətdən sonra günahın yükü sizi sıxmağa başlayacaq. Yük getdikcə ağırlaşacaq və görəcəksiniz ki, sizin ruhunuzun bütün gücü, enerjisi yalnız bu yükü daşımağa sərf olunur. Bax onda siz də mənim kimi beləcə sakit bir sahildə oturub hər şeyin sonunu
gözləyəcəksiniz.
«Xalqlar uçuruma yuvarlandılar. Öz qazdıqları uçuruma. Ayaqları öz toxuduqları tora ilişdi.Tanrı yalnız məhşər günündə tanındı. Günahkarlar əməlinə görə cavab verməli oldular. Məhşər günündən üzüağ çıxa bilməyənlər cəhənnəmə vasil oldular».
İndi insanlar öz-özlərini çox ərköyün öyrədirlər. Fikirləşdi, ağrıkəsici olmasa diş çıxartmırlar, yuxu dərmanı olmasa yata bilmirlər, ancaq yumşaq
kreslolarda otururlar, ya da kürəklərinə mütləq döşək qoyurlar. Gənc qızların geyim-kecimi barədə isə heç danışmağa dəyməz, korset geymirlər,saçlarına qulluq eləmirlər, yayda da çimərliklərdə utanıb-qızarmadan
yarımçılpaq uzanırlar…