Həyat deyilən şey dağa bənzəyir. Gözümüzü dağın zirvəsinə zilləyib yuxarı qalxdıqca özümüzü xoşbəxt hesab edirik. Elə ki gəlib zirvəyə çatırıq, baxıb görürük ki, daha qalxmağa bir yer yoxdur. İndi aşağı enmək lazımdır- aşağıda isə bizi ölüm gözləyir. Yuxarı ağır-ağır qalxırıq, aşağı isə sürətlə düşürük. Sizin yaşınızda hamı özünü xoşbəxt sanır, hamı şənlənir, hamı sevinir, hamı elə hesab edir ki, əsl xoşbəxtlik hələ qabaqdadır. Ürəyimiz bitib-tükənməz arzularla,ümidlərlə dolu olur,halbuki onların çoxu heç vaxt reallaşmır.
Eh, fikirlərində, ideyalarında sərhəd olmayan, azad nəfəs almaq üçün dəniz sahilinə çıxanda qarşısında açılan mənzərə kimi hüdudsuz marağa, biliyə, mədəniyyətə malik bir insan tapıb onunla təmasda olmaq bilsəniz necə çətindir!