Minira Abasova

Minira Abasova
@Minira

Minira Abasova

, bir kitabı yarım bıraktı
Jorge Amado
10/10 · 2 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Onu siz gərək bilmiş olasınız ki, o şey ki, mehribançılıqnan və məsləhətnən aşar, dava-qalmaqalnan aşmaz.
Alıntı

Minira Abasova

, bir kitap okudu
7/10
·80 syf.·
3 saatte okudu
·
2025 68. kitabı
Celil Memmedguluzade
8.7/10 · 286 okunma
Ana, mən qabaqca da sənə demişəm, indi də yenə deyirəm, qoy oğlanların da eşitsinlər: qız gərək öz xoşu ilə hər kəsə ki, kefi istədi, onu görə və bəyənə və ərə gedə. Dəxi o əsrlər keçibdi ki, qızı zornan istəmədiyi adama ərə verirdilər. Ancaq yenə mən məsləhət görürəm ki, Gülbaharı Aslan bəy verək.
Alıntı
Sudan bərk olan şey buluddur ki, su haman buluddan əmələ gəlir. (Yenə içəri otaqdan səs gəlir, yenə Mirzə Məhəmmədəli hirsli deyir). Səs gəlməsin! Görürsünüz ki, biz burda söz danışırıq! Bəli, ağama ərz olsun ki, buluddan bərkraq olan şey yeldir ki, buludlara həmişə yeldən fərman çıxır. (Bir qədər dikəlib həvəs gəlir). Yeldən bərk olan şey mələkdir ki, yelləri idarə edir; yəni haraya göndərməlidir, göndərir; göndərməli deyil, göndərmir. (Bir az da ucadan və həvəsli). Mələkdən bərk şey mələkül-mövtdür ki, mələki qəbzi-ruh edir. Hı ... gülərsiniz! Gülün, eybi yoxdur, gülün! Vay halınıza! Mələkül-mövtdəndə bərk olan şey bilirsiniz nədir? Ölümdür, ölüm! Hı ... gülərsiniz! (Dəxi də hirsli). Bəs bilirsiniz ki, ölümdən bərk şey nədir? Bilirsinizmi, ey lüğət yazanlar?... Ölümdən bərk şey xudavəndi-aləmin əmridir ki, lazım olan yerdə ölüm varid olur, lazım olmayanda olmur. Lazım olan yerdə vaqe olur bəlayi-nagəhanlar, misli-vəlvəleyi-səqf-asimanlar, zəlzəleyi-səthi-xakidanlar, xüsuf-küsuf, yenə xüsuf, yenə küsuf, ma-təaqəbəl- mələvan! (Əllərini yuxarı qalxızır və cuşə gəlir). Siz gərək xəcalət çəkəsiniz, adınızı müsəlman qoyub islam elmlərin istehza edirsiniz (çığıra-çığıra durur ayağa). Niyə gülürsünüz? Burada ilan oynatmırlar ki? Məgər insan öz qəbahitini gərək annamaya? Eyb deyil? (hirsli gedir qapıya tərəf)