Əsas məqsəd diqqəti bir neçə cinayətə - silsilə cinayətlərə yönəltmək idi... Sizin dahi şairiniz Şekspir demişkən: "Meşə üzündən ağacları görər bilmirsiniz".
Mən Puaronun yanlış sitatını düzəltmədim. Nəyisə artıq əlinin altında hiss edən dostumun söhbəti hara gətirəcəyini təxmin etməyə çalışdım. Puaro davam etdi:
- Sancağı harada fərq etmək çətindir? Yastığa sancılmış başqa sancaqların arasında! Cinayət ən çox nə vaxt nəzərə çarpır? O, bu cür başqa cinayətlərlə bir sırada olanda!
Hastinqs, gizlətməli nəyisə olan adam üçün söhbət etməkdən təhlükəli heç nə yoxdur! Bir müdrik Fransızın mənə dediyi kimi, insan söhbəti düşünməmək üçün icad edib. O, eyni zamanda insanın nəyi gizlətdiyini müəyyənləşdirmək üçün əla vasitədir.
Hastinqs, insan məxluqu özünü öz iç dünyasını açmaq və özünü ifadə etmək imkanından saxlaya bilmir, məhz bu imkanı da ona söhbət verir. Beləliklə, insan özünü ələ verir.
***
*'İnsanlar düşünməmək üçün danışmağı kəşf ediblər.'*