☞Mehdi Quliyev☜

☞Mehdi Quliyev☜
@Mixaylo313
İyyəkə nəabudu və iyyəkə nəstəin. (Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik)
AGF
Fitness
Baku, Azərbaycan
Baku, Sumqayıt, 10 Eylül 2000
60 okur puanı
Nisan 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
30.07.2025
Nifrət dolu bir dünyada, ümid bəsləməyi bacarmaq lazımdır. Pislik dolu bir dünyada, bağışlamağı bacarmaq lazımdır. Ümidsizlik dolu bir dünyada, xəyal qurmağı bacarmaq lazımdır. Şübhə dolu bir dünyada, inanmağı bacarmaq lazımdır.
Hayat ve İnsan
Reklam
Karbala
Kərbəla mənim üçün sadəcə bir şəhər deyil, qəlbimdə xüsusi yeri olan, ruhuma toxunan müqəddəs bir məkandır. 2019-cu ildə o müqəddəs torpaqlara ayaq basmaq mənə nəsib oldu. O gündən bəri Kərbəlanı xatırladıqca qəlbimdə izahı çətin olan duyğular canlanır. Orada hiss etdiyim mənəvi ab-hava, insanların sevgisi, dualar və müqəddəs məkanların verdiyi hüzur tamam başqa idi. İmam Hüseyn əleyhissəlamın şücaəti, haqq uğrunda göstərdiyi misilsiz fədakarlıq, zülmə boyun əyməyən əzmi və Allah yolunda hər şeydən keçməsi məni həmişə heyran edib. Onun həyatı mənim üçün ədalətin, səbirin, ləyaqətin və iman uğrunda mübarizənin ən gözəl nümunəsidir. Hər il Məhərrəm ayında olduğu kimi, bu il də İmam Hüseyn əleyhissəlamın müsibətinə əza saxlayır, Kərbəla müsibətini xatırlayaraq kədərlənir və qəlbən onun dərdi ilə dərdlənirəm. Kərbəla hadisəsi mənim üçün sadəcə tarixi bir hadisə deyil, haqqın və insanlıq dəyərlərinin əbədi simvoludur. 2019-cu ildə o müqəddəs torpaqları ziyarət etmək mənə nəsib olsa da, hər il qəlbimdə yenidən Kərbəla və Nəcəfi ziyarət etmək arzusu yaşayır. Ümid edirəm ki, Uca Allah yenidən o müqəddəs məkanlara qovuşmağı nəsib edər və İmam Hüseyn əleyhissəlamın hüzurunda dua etməyi bir daha qismət edər. Kərbəla mənə öyrətdi ki, haqq yolunda olmaq bəzən çətin olsa da, ən böyük qələbə vicdanını, imanını və ləyaqətini qorumaqdır. Hüseyn əleyhissəlamın adı keçəndə qəlbi titrəməyən, Kərbəlanı xatırlayanda kövrəlməyən bir könül təsəvvür edə bilmirəm. Çünki Kərbəla bir tarix deyil, qəlblərdə yaşayan əbədi bir məktəbdir.

☞Mehdi Quliyev☜

, bir kitap okudu
Puan vermedi·330 syf.·
2026 8. kitabı
Elhan Elatlı
8.1/10 · 1.047 okunma

☞Mehdi Quliyev☜

, bir kitap okudu
Puan vermedi·176 syf.·
2026 7. kitabı
Bettina Lemke
7.5/10 · 2.694 okunma

☞Mehdi Quliyev☜

, bir kitabı okumaya başladı
Elhan Elatlı
9.1/10 · 363 okunma