Leman Abas

Leman Abas
azərbaycan dili və ədəbiyyatı müəllimi
Azerbaycan dili və ədəbiyyatı müəllimliyi
Bakı
54 okur puanı
Ocak 2021 tarihinde katıldı
9/10
·344 syf.··
2026 5. kitabı
·
6 günde okudu
·
Okunma: 13 Ocak 2026 16:35
"Genç Elitler" seriyasının sonuncu kitabına göz yaşları ilə vida etdik. Qanlı humma dedikləri xəstəlikdən sonra geridə qalanların cəmiyyətdən necə təcrid edildiyini, insanların nə qədər qəddarlaşa biləcəyini sujet boyunca müşahidə edirik. Normalda, baş qəhrəmanlar hər zaman qəlblərindəki aydınlıqla, fədakarlıqla diqqət çəkirlər. Adelina qaranlıqda yalnız məhkum olunan, həyatda tək-tənha mübarizə apardıqca günaha batan, batdığı günahlardan heç cür ayrıla bilməyən qızlar üçün yazılmışdır.... Bizim sevgili Adelinettamız....... Onun insanları gözünü qırpmadan öldürməsi, zaman-zaman məni hüsrana uğratsa da, ona haqq qazandırmasam da, anlayıram. Çox təəssüf ki, Afsuni ilə doğru zamanda rastlaşmadı, ən çox dəstəyə lazım olduğu zamanlarda aldığı xəyanət zərbələri onu bir qatilə çevirdi, Afsunidən aldığı sevgi və işığa təslim olmaq isə onun üçün çox çətin idi, yenə də onlar üçün daha imkanlı bir sevgi, bir-birləri iıə yaşayacaqları dolu-dolu zamanlar olmasını diləyərdim.......
Gece YıldızıMarie Lu · Pegasus Yayınları · 20172,234 okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
9/10
·304 syf.··
Beğendi
·
2025 8. kitabı
·
4 günde okudu
·
Okunma: 13 Şubat 2025 20:01
Rəsul Rza-sərbəst şeirin ən gözəl nümunələtini yaradan, sovet dövrü ədəbiyyatının görkəmli nümayəndəsi. Yaradıcılığında dövrün tələblərinə uyğun yanaşmasını görsək də, onun parlaq istedadını, humanizmini, insana, aydınlıq gələcəyə olan baxışlarını dana bilmərik. Şeirlərini oxuduqca, maraqlı və qeyri-adi bənzətmələri, incə toxunuşları insanın ruhuna işləyir. Kitabdakı bütün şeirləri çox bəyəndim deyə bilmərəm, bəziləri tam şəkildə xoşuma gələrkən, bəzilərində də bir parçanın bütöv bir şeirə məna qatdığına şahid oldum.
Seçilmiş Əsərləri - I CildRəsul Rza · Öndər Nəşriyyatı · 200530 okunma
Puan vermedi·928 syf.··
2025 6. kitabı
·
5 günde okudu
·
Okunma: 06 Şubat 2025 00:00
"Beyaz leke" bir alıntı ilə məni özünə çəkdi. Dünyadan yorulanda kitablara qaçmağı sevirəm, çünki kitablarda real dünyada az rastlana biləcək dostluqlar, sevdalar, ailələr var. Axtardığım
Beyaz Leke - 2Aslı Arslan · İndigo Kitap · 20252,793 okunma
Puan vermedi·125 syf.··
2025 4. kitabı
·
33 günde okudu
·
Okunma: 26 Ocak 2025 00:18
Cek London sevdiyim yazıçılardan biridir. Onunla tanışlığım " Martin Eden"dən başlasa da, "Before Adam" müəllifin ilk ingiliscə oxuduğum əsərlərindən biri idi. Əsəri öz dilimiz qədər hakim olmadığım dildə oxumağəma baxmayaraq bu, sujet və qəhrəmanlarla aramda bir bağ yaranmasına mane ola bilmədi. Kimi zamanlar qəzəbləndim, bəzən güldüm, bəzən kövrəlib özümü ağlamaqdan saxladım. Cek London Adəmdən öncə deyərkən əslində bizə mifik hekayədən daha çox Darvinin nəzəriyyəsinə uyğun bir hekayə anladır. Və bunu günümüzün insanın psixologiyası ilə çox gözəl əlaqələndirir. Hamımız içimizdə qurban olan, ya da qurban edən primat ata və analarımızın parçalarını daşıyırıq. Sevgi və sayqılar:)
Before AdamJack London · Karbon Kitaplar · 201925,9bin okunma
Puan vermedi·400 syf.··
2025 2. kitabı
Kitabla illər öncəsində tanış olmuşdum. Kardelenin görünüşü, Kara ilə arasında olan hekayə oxumasam belə diqqətimi çəkmişdi. İllər öncəsində oxuduğum, ya da sevdiyim kitabı oxumaq keçmişdəki özümlə aramda olan qəribə bir bağlantıdır. Kitabla bağlı düşüncələrimə gələcək olsaq, məni o qədər qane etmədi. 400+ səhifəsi olan kitabda hadisələrin əksəriyyəti ikilinin aralarında olan çəkim, hisslərdən ibarət idi. Karanın kobud davranışlarına nə qədər empatiya duymağa çalışsaq belə, bağışlanmayacaq davranışları vardı. Onlardan biri də zorla yoldaşı olsa belə Kardelene toxunmaq istəməsi idi;)
Kızıl KardelenŞeyma Demir · Dokuz Yayınları · 2022672 okunma