Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bizim dünyamız, o biri dünyalardan baxırkən işıq içində olduğuna görə yox, yox, qaranlığın içində olduğuna görə görsənir. İşıq qaranlığındır, qaranlıq işığın deyil. Əzəli olan qaranlıqdır ki, var. İşıq da onun içindən çıxıbdır.
Sənin bizimlə bərabər uçmamağının, əlbəttə, bir mənası vardır. Sən də bilirsən bunu ki, Ağ dərviş əslində canını tapşırdı, ruhunu tapşırmadı. Onun ruhu bu saat bir başqa yerdə yenidən doğulmuşdur. Onun ürəyi artıq döyünür.
Qulaq ver, eşidirsən sən bu döyüntünün səsini?
“Dünyaya hələ doğulmamış, amma hökmən doğulacaq adamların da ruhları olur. Bu hələ doğulmamış adamların ruhları yəqin ki bizim ətrafımızda gəzib-dolaşır, doğulub bu dünyada artıq yaşamış adamların ruhları ilə təmasa girməyə cəhd edir…”