Türkan

“Başqa insanlardan üstün olmaqda heç bir alicənablıq yoxdur. Əsl alicənablıq öz keçmişindəki mənindən üstün olmaqdadır” Layiq olduğun həyat üçün öz yolunla getməyini istəyirəm Başqalarının nə dediyinin sənə dəxli yoxdur. Ən vacib olan özünün özün haqqında nə fikirləşməyindir. Başqalarının səni mühakimə etməyindən heç də narahat olma. Əgər özünün nə etdiyini bilirsənsə, narahat olmağa heç bir əsas yoxdur. Əgər ağlın və ürəyin gördüyün işin düzgün olduğunu deyirsə, arxayın ol. Heç vaxt haqlı olduğun bir işi etməkdən utanma. Heç vaxt özünə başqa adamların fikrinə görə qiymət vermək kimi bir şeyə adət etmə. “Hər dəfə başqalarının xəyallarını fikirləşsən, öz xəyalların haqda düşünmək vaxtını alırsan”.
Reklam
Həyatında nə baş verirsə versin, hər şey o baş verən hadisəyə sənin cavabından asılıdır. Əgər hər şeydə pozitivlik görməyə vərdiş etsən, sənin həyatın ən yüksək səviyyədə olacaq.
“Yalnız ürəyinizə baxarkən siz daha yaxşı görəcəksiniz. Kim ki ətrafa baxır - xəyal edir, kim ki içinə baxır - o oyanır”.
Mənim daxili dünyamın da daxil olduğu bu dünya xüsusi bir yerdir. Əgər daxilində uğur qazanmırsansa üzdə qazandığın uğurun heç bir dəyəri yoxdur.
Baş verən hər bir hadisənin səbəbi var, hər hadisə özü bir dərsdir. Dərk etmişəm ki, uğursuzluq, fərqi yoxdur ya şəxsi, ya professional sahədə, ya da mənəvi uğursuzluq şəxsi inkişaf üçün bir əsasdır. Bu, daxilin inkişafına gətirib çıxarır. Heç vaxt keçmişin üçün təəssüf hissi keçirmə. Əksinə, keçmişini sənə dərs verən bir müəllim kimi bağrına bas.
Reklam