Moon Stream

Moon Stream

, bir kitap okudu
8/10
·200 syf.··
2024 5. kitabı
Hajime İsayama
9/10 · 816 okunma
Reklam
6/10
·192 syf.··
2024 4. kitabı
Daha əvvəl oxuduğum Debbie Macomber'in bir çox qış mövzulu romanları ilə müqayisədə daha çox bəyəndiyim bir kitab oldu. Baş qəhrəmanımızın bir yanlışlıq nəticəsində Amazona səyahətə gəlməsi və ilk başda bu səyahətə qarşı istəksiz olsa da, zaman keçdikcə və kəşfə çıxdıqca həm özünə, həm yaşadığı dünyaya və həyata dair bir şeylər öyrənməsi, xüsusən bu səyahət boyunca özünü kəşf etməyə imkan tapması kimi detalları sevdim. Hətta Everly'ni biraz özümə də yaxın gördüm, çünki işinə özünü çox adamış və işi üzündən şəxsi həyatına zaman ayıra bilməyən, özünə həddindən artıq yüklənən və bilmədən həyatın axınına qapılıb getmiş biri olduğunu gördüm. Bu baxımdan mövzu mənə maraqlı gəldi. Digər tərəfdə isə sabit bir yerdə durmağı sevməyən, macəracı ruhda bir adam olan Asher var. Lakin Asher mənə çox da üzərində işlənmiş bir obraz kimi gəlmədi və niyəsə onu bəsit biri kimi gördüm. Daha doğrusu klişe bir obraz idi əslində, sadəcə bunun altının daha yaxşı doldurulmalı olduğunu düşünürəm. İkili arasındakı uyumu da hiss edə bilmədim. Amma kitab boyunca Asher'in təbiətə duyduğu maraq və sevgini, bildiyi məlumatları bölüşərkən həyəcanını bölüşmək xoşuma gəldi, bu sıralarda öyrəndiyim məlumatlar da olduqca maraqlı gəldi mənə. Kitabda əyləncəli səhnələr də az deyildi və həqiqətən çox güldüyüm yerlər var idi, xüsusən də Everly'nin başına gələnlər... sanki bütün bəlalar onu tapırmış kimi görünürdü. Obrazı bu baxımdan da özümə çox bənzətdim. Lakin kitabın sonu biraz hüsrana uğratdı məni. Çox bəsit və birdən-birə gəlinmiş bir son idi məncə. Bu tərz kitablarda işlənən obrazların bir müddət düşünüb birdən hop deyə hansısa anda nə istədiklərini bilmələri, bəzi şeyləri fərq etmək üçün də başqalarının fikirlərinə ehtiyac duyduğu anları oxumaq məni qıcıq edir. Gerçək həyatda işlər belə asan və bəsit
Yeni Yıl Yeni HayatDebbie Macomber · Epsilon Yayınları · 0473 okunma
8/10
·426 syf.··
2024 3. kitabı
Olduqca axıcı, əyləncəli və həm duyğusal bir hekayəsi var idi. Bəzi qüsurları olmasına rəğmən sevdiyim bir kitab oldu. Bu mövzuda kitablar çox oxumamış olsam da, filmlərdə, seriallarda gördüyüm bir hekayə idi. Yəni bir məşhura, film aktyoruna aşiq olan qızın nə qədər şanslı olub, hisslərinə qarşılıq gördüyü hekayələrdən bəhs edirəm. Amma bu hekayənin işləyişini daha çox sevdim. Aktyorların həyatının müsbət və mənfi yönlərini, ətraflarında bu qədər çox insan olmasına rəğmən əslində yalnızlıq çəkdiklərini və güvənə biləcəkləri çox insanın olmamasını, bütün həyatlarının gözlər önündə olması və atdıqları hər addımın izlənməsi kimi detalları yazar yaxşı çatdırırdı. Digər tərəfdə baş obrazları sevməmək də əldə deyil. Olive'in yazar olması, kitablara və yaratdığı qəhrəmanlara aşiq olması və əsərlərini yazarkən obrazların yaşadıqlarına üzülüb, sevinməsini oxumaq olduqca zövq verdi mənə. Dost və sevgili kimi çox ideal və sadiq bir insan olması, həssas bir qəlbə sahib olması və həyatın içindəki gözəllikləri görməyi bacarması, sevgi dolu duruşunu çox sevdim. Jason ilk başda məni qıcıq etmişdi, çapkın və heç nəyi önəmsəməyən bir insan olduğunu düşünürdüm, lakin kitab irəlilədikcə onun gəncliyindən bu yana başına gələnləri və sevgisiz həyatını oxuyuruq və onun Olive qarşısındakı duruşu, ona qarşı davranışları təqdirə layiq idi. Onu gördüyü ilk andan bəri əsla yalnız buraxmaması, ona başından bəri dəyər verməsi və duyğularını önəmsəməsi, ona qarşı əsla yanlış bir davranışa yol açmaması çox gözəl idi. Amma bir tərəfdən bunlar onun sadəcə bir kitab qəhrəmanı olduğunu özümə xatırlatmaq məcburiyyətində qalmağıma səbəb olurdu Yazarın duyğuları çatdırması da xoşuma gəlirdi, bəzi yerlərdə gözüm dolur, bəzi yerlərdə qəh-qəhə ataraq gülməyimə səbəb olurdu. Kitabda ümumiyyətlə hekayədəki
To Love Jason ThornElla Maise · Createspace Independent Publishing Platform · 20211,434 okunma
9/10
·280 syf.··
2024 2. kitabı
Kitaba heyran qaldım . Uzun zamandır məni içinə bu qədər çəkən və obrazlarına, hekayəsinə aşiq edən bir kitab oxumurdum. Duyğularımı necə izah edəcəyimdən də əmin deyiləm. Kitabın hekayəsi koreya mədəniyyətinə aşina olanlar üçün olduqca tanıdıq gələcək. Kaderin kırmızı ipi, əjdahalar, ruhlar aləmi və s. kimi tanıdıq hekayələr, müxtəlif tanrılar, mifolojik obrazların və sehrin olduğu maraqlı bir dünyası var idi kitabın. Xüsusilə fantastik-tarixi k-drama izləyən biri olaraq bunlardan bəzilərini daha öncədən bilirdim. Amma bu bilinən qisimləri kitabı maraqsız deyil, əksinə daha maraqlı və səmimi etmişdi mənim gözümdə, yenidən o dünyalara enmək gözəl idi mənə görə. Amma bildiklərimdən daha çoxunu öyrəndim və fərqli hekayələr, inanclar və əfsanələrlə də tanış oldum. Kitabda insanların dünyasında yaşayan Mina adlı qəhrəmanımızın hər il bir gənc qızın Dəniz Tanrısına qurban verildiyi bir dönəmdə, qardaşını sevdiyi qızdan ayrılmasına və acı çəkməsinə dözə bilməyən və həmin Cheong adlı qızın da ölümə getməyə istəkli olmadığını görən kimi özünü dənizə ataraq könüllü şəkildə qurban olması ilə əsas hekayəmiz başlayır. Bundan sonra Tayflar aləminə düşən Mina öz xalqını və sevdiklərini qurtarmaq, bu lənətə son qoymaq üçün əlindən gələni etməyə çalışır. Lakin bu heyakə bildiyindən daha başqa yerlərə gedib çıxır. Mina'nı çox sevdim və onun düşüncə və duyğularına özümü çox yaxın hiss etdim. Qorxularına rəğmən güclü qalmağa çalışan, sevdikləri uğrunda hər şeyi etməyə hazır olan, yaşına rəğmən ağıllı (ki bu yerdə qızın 16 yaşda olduğu gerçəyini göz ardı etməyə çalışıram ) və ürəyi açıq bir insandır. Qarşısına çıxan bütün əngəllərə rəğmən sona qədər vaz keçməməsi, nənəsinin ona danışdığı hekayə və əfsanələri bu qədər gözəl anlaması və xatırlaması, hər kəsin köməyinə qaçan biri olması
Denizin Altına Düşen KızAxie Oh · Yabancı Yayınları · 2023843 okunma