Shahla

Shahla
@Msch
53 okur puanı
Mayıs 2020 tarihinde katıldı
10/10
·255 syf.··
2020 4. kitabı
·
4 günde okudu
·
Okunma: 29 Ağustos 2020 23:25
Yazıçının yazdığı ilk roman olan bu kitabın avtobioqrafiya olma ehtimalı da istisna edilmir. İnsanda çox dərin izlər buraxan bu kitabda, adsız bir qərhəmanın yaşadığı günləri oxuyarkən, insanın o acınacaqlı vəziyyətlərə pis olmaması, gözlərinin dolmaması mümkünsüzdür. Qısaca kitab haqqında danışsam, roman 2 hissədən ibarətdir; ilk öncə Parisdə baş verənlər sonra isə Londonda. Qəhrəmanımız Parisdə bir otelde yaşayar və ingilis dili dərsi keçər, lakin yavaş yavaş tələbələri dərsləri istəməz və pulsuz günlər başlayar. “ Pulsuz yaşamaq olar, amma necə və hansı çətinliklərlə maraqlı olan budur?” Bu suala çox aydın və açıq şəkildə cavab verilir. Qəhrəman ilk öncələr iş tapmaqda çətinlik çəkir, günlərcə ac qalır və nəhayət bir dostunun köməyi ilə bir otelin mətbəxində gündə 17-18 saat olmaqla qab yumağ başlayır. Və qazandığı pul yalnız qalacaq yerə, siqaretə və biraz yeməyə çatır. Bu və digər işlərdə işləyərək həyatını davam etdirir... amma buna yaşamaq və ya həyat demək mümkündürsə. Həyat dediyimiz nədir ki? “İllərlə mənasızca canlı bir ölü kimi yaşamaq mı?” O qədər səfil bir həyat yaşayır ki, mənim yazacağım 3-5 sətirlə o aclıq, yoxsulluq, ümidsizlik, pərişanlıq izah oluna bilməz Qəhrəmanımız daha yaxşı bir yaşayış arzusu ilə İngiltərədən bir dostunun tapdığı iş üçün Londona getməyə qərar verir. O orada əqli geriliyi olan bir uşağa xüsusi dərs keçəcəkdi. Amma bədbəxtlik bir insanı tapdı mı asan asan ondan əl çəkmir. Təəssüf ki, ailə bir səyahətə çıxır, və qəhrəmanı Londonda daha da acınacaqlı bir həyat gözləyir. Dostundan biraz borc pul alır, lakin pulu tezliklər bitir, yatacaq yeri, yeyəcək yeməyi olmur. Bu halda küçədə yaşamağa başlayır. Və halını bu şəkildə izah edir: “bir saat sonra cır-cındır içində bir adam gördüm, böyük ehtimalla səfil idi və mənə tərəf gəlirdi. Bir
Paris və Londonda qara qəpiksizGeorge Orwell · Qanun Nəşriyyatı · 20208bin okunma